Cari halda aktiv məhsul mövcud deyil
Xiaomi Redmi Note 9 Pro Dizaynı
Xiaomi Redmi Note 9 Pro telefon modelinin istehsalında plastik və şüşədən istifadə olunmuşdur. Ön və arxa hissə möhkəm Corning Gorilla Glass 5 şüşəsindən hazırlanmışdır. Şüşə cızıqlara qarşı davamlıdır. Çərçivələrdə isə plastikdən istifadə edilmişdir. Ekranın ölçüsü 6.67 düym, çəkisi 209 qramdır. Ekran LCD olmasına baxmayaraq AMOLED ekran parlaqlığı və rəngləri mövcuddur. Telefondakı Mi Remote tətbiqi ilə evdəki elektronik əşyaları idarə etmək mümkündür. Xiaomi Redmi Note 9 Pro 2400 x 1080p təsvir ölçüsü ilə Full HD ekrana malikdir. Selfi kamerası ön ekranın mərkəzində, arxa kamera modulu isə telefonun arxa hissəsində mərkəzdə yerləşir. Bu vizualda uğurlu görüntü yaradır. Dizaynda daha bir fərqlilik barmaq izi sensorundadır. Note 9 Pro-da barmaq izi sensoru kənarındakı start düyməsi ilə birləşdirilmişdir.
Xiaomi Redmi Note 9 Pro Kamera keyfiyyəti
Telefonda 4 fərqli kamera görürük. Onların hər biri fərqli çəkiliş imkanları təklif edir. Xiaomi Redmi Note 9 Pro-da əsas kamera 64 MP-dir. f / 1.9 diyaframı olan bu əsas kamera 0,8 mikrometrlik faza aşkarlayan avtofokusla dəstəklənən lensə malikdir. 64 MP ilə çəkiliş etmək istədiyiniz zaman bu funksiyası kameranın tənzimləmələr bölməsindən aktivləşdirməlisiniz. Telefonun geniş bucaqlı kamerası 8 MP və f/2.2 diyaframa malikdir. Bu kamera ilə 119 dərəcə geniş bucaqlı fotoşəkillər çəkə bildiyiniz halda, dərinlik sensoru fiziki olaraq kamera massivində 2 MP şəklində görünür. Digər kamera makro çəkilişlər üçün nəzərdə tutulub və 5 MP-dir. Ön kamera isə 16 MP-dir. Portret və makro çəkilişlər ilə canlı fotolar kadra alan Redmi Note 9 Pro, ön kamerası ilə də gözəl selfi fotoşəkilləri çəkə bilir. Telefonun arxa kamerası ilə 4K video çəkiliş etmək mümkündür. Ön kamerada isə uğurlu Full HD video çəkilişlər edə bilərsiniz. Kifayət qədər işıq intensivliyi olan mühitlərdə son dərəcə aydın, canlı və parlaq fotoşəkillər əldə edilir. Portret rejimində də gözəl şəkillər çəkmək mümkündür. Makro obyektiv ilə daha yaxından və maraqlı kadrlar yarada bilərsiniz. Bu son illərdə telefonlarda tez-tez rast gəlinən rejimlərdən biridir. Xiaomi Redmi Note 9 Pro qiyməti təyin olunarkən onun kamera özəllikləri də nəzərə alınır.
Xiaomi Redmi Note 9 Pro Batareya gücü
Xiaomi ümumiyyətlə telefonlarında yüksək tutuma malik batareyalar ilə fərqlənir. Xiaomi Redmi Note 9 Pro 5020 mAh tutumlu batareyaya sahibdir. Bu batareya tutumu ilə gün ərzində telefonu şarj etmədən aktiv istifadə edə bilərsiniz. Hətta istifadə məqsədinizdən asılı olaraq 100% şarj sizə 2 gün də kifayət edə bilər. Telefon mobil şəbəkəyə qoşulduqda və mobil internet işə salındıqda ekranı isə söndürüldükdə təxminən 6 saat ərzində batareyanın yalnız 1 faizini sərf edir. Wi-Fi bağlantısı ilə YouTube-da tam ekran parlaqlığı ilə video izləyərkən 2 saatda şarjın təxminən 15 faizi sərf olunur. Cəmi 1.5 saat ərzində telefonu 100 faiz şarj etmək mümkündür. Xiaomi Redmi Note 9 Pro qiyməti ilə performansını müqayisə etdikdə olduqca əlverişli hesab olunur. Redmi Note 9 Pro orta qiymət ilə yüksək performans göstərir.