Samsung Galaxy A52 Dizaynı
Galaxy A52 qara, mavi, bənövşəyi və ağ rənglərdə satışa çıxarılıb. Telefonun arxa hissəsində və çərçivələrdə möhkəm plastikdən istifadə olunub. Ön hissəsi Gorilla Glass 5 şüşəsindən hazırlanıb. Ekranı genişdir və istifadəçilər Samsung-un bu xüsusiyyətini bəyənir. Ekranın ölçüsü 6.5 düymdür. Full HD+ təsvir ölçüsünə malikdir və burada Super AMOLED texnologiyasından istifadə olunub. AMOLED texnologiyasında ekranın parlaqlığı tənzimlənir və rənglər bütün bucaqlardan canlı görünür. Modelin dizayn xətləri uğurludur və tək əllə də istifadəsi çox asandır. Arxa korpusunun plastikdən olduğuna görə o yüngüldür və çəkisi cəmi 189 qramdır. Həmçinin model IP67 qorunma sertifikatına malikdir. Samsung Galaxy A52-nin 4 GB, 6 GB və 8 GB RAM seçimləri mövcuddur. Yadda. Tutumu isə 128 GB və 256 GB olaraq iki versiyada təklif olunur.
Samsung Galaxy A52 Kamera keyfiyyəti
Galaxy A52-də 4 kamera yer alır. 64 meqapiksellik əsas kameradan başqa telefonda 12 meqapiksellik ultra geniş bucaqlı, 5 meqapiksellik makro və 5 meqapiksellik dərinlik kameraları var. 64 meqapiksellik əsas kamerada optik görüntü sabitləşdirici mövcuddur. Bu sabitləşdirici sayəsində foto və videolarda meydana gələ biləcək titrəmə azalır və daha uğurlu kadrlar əldə edilir. Xüsusilə video çəkilişlər etməyi sevənlər üçün bu özəllik çox əhəmiyyətlidir. 12 meqapiksellik ultra geniş bucaqlı kamera xüsusilə mənzərə şəkilləri üçün istifadə edilir. Böyük ölçülü kadrları çəkən zaman bu kamera çox uğurludur. Ön tərəfdəki kamera 32 MP təsvir ölçüsünə malikdir. Bu o deməkdir ki, siz istədiyiniz keyfiyyətdə selfilər çəkə biləcəksiniz. Həmçinin video zənglər zamanı görüntü sizi qane edəcək. Əldə etdiyiniz görüntülər daha təmiz və aydındır, çünki Optik Şəkil Stabilizatoru - OIS həm gündüz, həm də gecə rejimində fotoşəkil çəkərkən baş verə biləcək titrəmələri minimuma endirir. Samsung Galaxy A52 qiyməti kamera özəlliklərinə görə çox münasibdir. Video çəkilişlər zamanı 4K 30FPS rejimində video çəkə bilərsiniz, lakin EIS – Elektron Şəkil Stabilizatorunu işlədə bilməzsiniz. 1080p 30FPS rejimini yandırsanız, həm OIS, həm də EIS-dən faydalana bilərsiniz. Orta qiymətə keyfiyyətli fotolar çəkə biləcəyiniz telefon axtarışındasınızsa, Samsung Galaxy A52 modelini nəzərdən keçirməyinizi tövsiyə edirik.
Samsung Galaxy A52 telefon modelinin batareya gücü 4500 mAh-dır. Bu gün ərzində sizə telefonu şarj etmədən istifadə imkanı verir. Gündə 1 dəfə 100% telefonu şarj etmək kifayətdir. Şarj üçün siz 25Vt gücə malik adapterdən istifadə edə bilərsiniz. Bu daha sürətlə və qısa zamanda şarj etmək imkanı yaradır.
Beləliklə, Samsung Galaxy A52 qiyməti və performansı ilə uğurlu təcrübə yaşadır. Galaxy A52 A seriyasının bəyənilən modelləri sırasında yer alır. Modelin fərqli rənglərə, RAM ölçüsünə və yaddaş tutumuna malik növləri mövcuddur. vau.az saytına daxil olaraq hər bir məhsul ilə ətraflı tanış ola bilərsiniz. Burada xüsusiyyətlər haqqında detallı məlumat qeyd olunub.