Cari halda aktiv məhsul mövcud deyil
Xiaomi Redmi Note 10 Dizaynı
Xiaomi Redmi Note 10 fərqli dizayn ilə satışa çıxarıldı. Yeniliklərə imza atmağı sevən Xiaomi kamera yerini eyni saxlasa da, onun formasında müəyyən dəyişikliklər edib. Redmi Note 10 modelinin arxa hissəsi möhkəm plastikdən, ön hissəsi isə Gorilla Glass 3 adlı şüşədən hazırlanıb. Şüşə zərbələrə qarşı möhkəm və davamlıdır. Plastikdən istifadə onun çəkisinə əhəmiyyətli təsir göstərir.. Xiaomi Redmi Note 10 modeli incə və yüngüldür. Onun çəkisi 178 qramdır. Qalınlığı isə 8,3 mm-dir. Kənarlara doğru yuvarlaqlaşan xətləri onu daha da incə edir. Redmi Note 10-da həmçinin USB-C portu və alt kənarında qulaqlıq yuvası var. Sol tərəfdə microSD kartı və SİM kart bölmələri yerləşir. Həmçinin telefon ikili SİM kart dəstəkləyir. Redmi Note IP53 sertifikatına sahibdir. Bu sertifikat su sıçramalarına qarşı telefonun qorunduğunu göstərir. Telefon erqonomik quruluşa malikdir, barmaq izi skaneri də mövcuddur. Modelin ağ, qara, yaşıl, boz növləri mövcuddur. Xiaomi Redmi Note 10 AMOLED (active matrix organic light emitting diode) ekran texnologiyasına sahibdir. Smartfon ekran texnologiyalarından biri olan AMOLED daha aydın və parlaq görüntü təklif edir.
Xiaomi Redmi Note 10 Kamera keyfiyyəti
İlk öncə onu qeyd edək ki, Redmi Note 10 kameraları yüksək çıxıntılı deyil. Bu onun dizaynını daha da qüsursuz edir. Redmi Note 10 yenə Xiaomi-nin 4 kameralı modellərindən biridir. Əsas kamera 48 MP, ultra geniş bucaqlı kamera 8 MP, makro obyektiv 2 MP və dərinlik sensoru 2 MP-dir. Kamera modulunun yanında ikili LED flaş yerləşir. 48 MP-lik əsas kamera ilə aydın kadrlar yarada biləcəksiniz. Rəng canlılığı və ümumi çəkiliş sizi məmnun edəcək. İkinci kamera olan 8 MP ultra geniş bucaqlı obyektiv 118 dərəcə geniş mənzərə şəkillərini çəkməyə imkan verir. 2 MP makro kamera ilə çəkiliş bir az çətindir. Yaxşı fokuslanmalı və yaxşı mühit işıqlarının olması vacibdir. Telefondakı dərinlik sensoru portret fotoşəkillərində yaxşı kənar aşkarlama qabiliyyətini göstərir. Portret fotoşəkilləri çox bəyənəcəksiniz. Redmi Note 10 modelində gecə rejimi də var. Bu rejim ilə qaranlıq vaxtı belə gözəl fotolar çəkmək mümkündür. Modelin daha bir sevilən özəlliyi 4K video imkanının olmasıdır. 4K-da 30 kadrlı videolar çəkə bilərsiniz. Ön kamera ilə Full HD videolar da çəkə bilərsiniz. Telefonun ön kamerası 13 MP-dir. Bu kamera ətrafdakı işığa uyğun olaraq parlaqlığı balanslaşdırır və gözəl görüntü yaradır. Beləliklə, Redmi Note 10 qiyməti və keyfiyyəti ilə mükəmməl təcrübə yaşadır.
Xiaomi Redmi Note 10 Batareya gücü
Xiaomi telefon modellərində batareya gücü yüksəkdir və performansı çox yaxşıdır. Redmi Note 10 5000 mAh batareya gücünə malikdir. 100% şarjla gün ərzində rahatlıqla istifadə edə bilərsiniz. Bu şarj sizə gün boyu kifayət edəcək. Təxminən 14 saat internetə baxma müddəti təklif edən telefon 20 saat Full HD video izləmə imkanı verir. Həmçinin telefon yüksək şarj sürətinə malikdir. Cəmi 30 dəqiqədə 65% şarj etmək mümkündür. 100% şarj üçün isə 73 dəqiqə tələb olunur.
Xiaomi Redmi Note 10 modelini daha ətraflı araşdırmaq və xüsusiyyətlərini analiz etmək üçün vau.az saytına daxil ola bilərsiniz.