Cari halda aktiv məhsul mövcud deyil
iPhone 12 Pro Max Dizaynı
iPhone 12 seriyası ilə Apple dizaynda nəzərəçarpacaq dəyişikliklər etdi. Modelin kənar hissələri yastı dizayndadır. Kənarların hamarlanması ilə Apple iPhone 12 Pro Max-ın profilini daha da incələşdirib. Yastılaşdırılmış kənar dizaynı ilə yanaşı ön və arxa tərəfləri birləşdirən kənar xətlər də incəlmişdir. Bu dizayn iPhone 12 Pro Max-ın ekran ölçüsünü artıraraq iPhone-da gördüyümüz ən böyük ekranlardan birini təqdim etdi. Modelin kənar çərçivəsinin çox nazik olması da ekranın daha da böyüyülməsinə imkan yaradıb. Onun ekranı 6.7 düymdür. Telefonun ön və arxası şüşə ilə örtülmüşdür. Kənarları paslanmayan poladdan hazırlanmışdır. Ekran Ceramic Shield adlanan şüşə ilə örtülüb və bu material onun davamlılığını 4 dəfə artırır. Ceramic Shield həm də ekranı cızıqlardan qoruyur. Telefonun arxa hissəsində isə mat şüşədən istifadə olunub və bu da yüksək dayanıqlılığı təmin edir. iPhone 12 Pro Max-ın xüsusiyyətləri arasında suya davamlılıq da yer alır. Yağışlı havada telefonla danışmaq bu telefona heç bir əks təsir göstərmir.
iPhone 12 Pro Max Kamera keyfiyyəti
iPhone 12 Pro Max modelinin kamera xüsusiyyətləri ən qabaqcıl komponentlərə malikdir. Onun arxa hissəsində LiDAR sensoru və LED fənəri ilə üç kamera eyni ardıcıllıqla yerləşir. iPhone 12 Pro Max geniş bucaqlı, ultra geniş bucaqlı və telefoto kameralara malikdir. Hər üç kameranın təsvir ölçüsü 12 meqapikseldir. Ultra geniş bucaqlı kamera ilə dar yerlərdə və ya geniş ərazidə mənzərələri çəkdikdə möhtəşəm kadrlar yaranır. Əsas kamera olaraq xarakterizə edilən geniş bucaqlı kamera f/1,6 diaframa və 1,7 mikron piksel ölçüsünə malikdir. Bu əsas kamera iPhone 12 seriyasının digər üç modelindən fərqli olaraq sensorla dəyişdirilmiş optik görüntü sabitləşdirmə sisteminə malikdir. Başqa sözlə telefonun hərəkətini kompensasiya etmək üçün təkcə obyektiv deyil, sensor da hərəkət edir. Nəticə daha az titrəmə, daha aydın fotolar və hərəkətsiz videolar çəkmək mümkün olur. iPhone 12 Pro Max 65 mm telefoto kameraya malikdir. Bu kamera 2 əvəzinə 2,5 dəfə böyüdür. Telefoto və ultra geniş kameranın birlikdə istifadəsi ilə iPhone 12 Pro Max 5 dəfə optik zoom diapazonuna çata bilir. Gecə rejimi sayəsində zəif işıqda və ya qaranlıq mühitdə mükəmməl fotolar çəkmək mümkündür. iPhone 12 Pro Max modelinin həm ön, həm də arxa kamerası 4K video çəkilişlərini dəstəkləyir. Həmin videolarda müəyyən redaktələri də telefonda etmək mümkündür.
iPhone 12 Pro Max Batareya gücü
iPhone 12 Pro Max 3687 mAh tutumlu batareyaya sahibdir. Apple A14 Bionic tərəfindən enerji istehlakı ilə bağlı təklif olunan optimallaşdırmaların köməyi ilə iPhone 12 Pro Max çox yaxşı işləyir. Model simsiz şarj etmə özəlliyinə də malikdir. iPhone 12 Pro Max 5G dəstəyi ilə çalışır.
Apple qeyd etdiyi kimi, iPhone 12 Pro Max indiyə qədər iPhone-da təklif olunan ən parlaq ekrana malikdir. HDR10 və ya Dolby Vision filmlərinə və ya HDR fotolarına baxarkən parlaqlıq 1200 nit-ə qədər yüksəlir. Bu baxdığınız rənglərin daha canlı görünməsini təmin edir.
vau.az saytına daxil olaraq iPhone 12 Pro Max modelinin fərqli rəng seçimləri ilə tanış ola və onlayn sifariş verə bilərsiniz.