iPhone 11 Dizaynı
iPhone 11-i iPhone XR demək olar ki, eyni dizayn formasına malikdir. Kamera hissəsinə diqqət etdikdə onları ayırd etmək mümkün olur. iPhone 11 çəkisi 194 qramdır, yüngül və ələ yerləşən modeldir. Ekranı 6.1 düym, 1792 x 828 pikseldir. iPhone 11 həm də ön və arxa tərəfdən bərk şüşə ilə örtülmüşdür. Face ID iPhone 11-də yeganə biometrik autentifikasiya üsuludur. Modelin xoş və sevilən rəngləri mövcuddur: qara, bənövşəyi, ağ, yaşıl, sarı. iPhone 11 suya davamlılıq xüsusiyyəti güclüdür. IP68 ilə daha çox qorunma təmin edir və 2 metr dərinliyə qədər suda 30 dəqiqəyə kimi davamlılıq göstərir. Alüminium örtüklü kənarlar da telefonun arxa rəng sxeminə uyğun gəlir. Bənövşəyi və yaşıl kimi canlı rənglər xüsusilə xoş dizayn yaradır. Arxa hissədə ikili obyektivli kamera modulu yuxarı sol küncdə yerləşdirilib. Bu modula həmçinin mikrofon və Dual Tone LED flash daxildir. Apple loqosu ortada olduğu halda iPhone yazısı silinib. İndiki görünüş daha sadə və gözəldir.
iPhone 11 Batareya gücü
iPhone 11 3110 mAh tutumlu batareyaya sahibdir. Gün ərzində iPhone 11-dən çox istifadə etsəniz belə telefonu səhərdən axşama qədər tək şarjla asanlıqla işlədə bilərsiniz. Bir az daha az istifadə olunarsa, 1,5 ilə 2 günə qədər istifadə mümkün olur. iPhone 11 sürətli şarjı dəstəkləyir. Yaxşı şarj qabiliyyəti üçün 30W şarj adapteri də seçə bilərsiniz. 29W USB-C güc adapteri ilə bir saat ərzində 85%-ə qədər tam şarj etmək mümkündür. 100% olması üçün 2 saat tələb olunur və telefon tamşarj olunduğu zaman şarj sürəti azalır. Simsiz şarj dəstəyi də mövcuddur.
Digər 2019 Apple smartfonları kimi iPhone 11-də də U1 ultra genişzolaqlı çip var. Məkan fərqindəlik üçün istifadə edilən bu çip sayəsində iPhone 11 ətrafdakı digər iPhone-ları istiqamətlərinə uyğun olaraq müəyyən edə bilir. Bu çipin fərqini AirDrop-da görə bilərsiniz. Ətrafınızda iPhone 11 və ya iPhone 11 Pro varsa, telefonunuzu ona tərəf çevirərək AirDrop ilə fayl paylaşımını sürətləndirə bilərsiniz. Gələcəkdə bu çipin müxtəlif sahələrdə istifadə olunacağını gözlənilir.
iPhone 11 Kamera keyfiyyəti
iPhone 11 iki ədəd arxa kameraya malikdir. iPhone 11-də ultra geniş bucaqlı lens mövcuddur. Geniş bucaqlı əsas kamera f/1.8 diafraqma ilə 12 meqapiksel təsvir ölçüsünə malikdir. Optik görüntü sabitləşməsi də mövcuddur. Ultra geniş bucaqlı obyektiv də 12 meqapiksellik təsvir ölçüsünə və f/2.2 diyaframa malikdir. Bu kamera insan gözünün gördüyü kimi 120 dərəcə baxış bucağı təqdim edir. iPhone 11 qiyməti müəyyən olunarkən kamera xüsusiyyətləri əsas rol oynayır. İdeal işıq şəraitində iPhone 11 ilə çəkilmiş fotoşəkillər mükəmməl görünür. Rəng canlılığı və parlaqlığı yüksəkdir. Smart HDR də öz işini yaxşı yerinə yetirir, hətta çox işıqlı və kölgəli sahələri olan fotoşəkillərdə belə detallar nəzərə alınır və balanslaşdırılmış görünüş ortaya çıxır. Həmçinin makro çəkilişlər arzuolunan kadrlar yaradır. Gecə rejimi ətraf işığın intensivliyini aşkar edərək avtomatik olaraq aktivləşdirilir. Qaranlıq mühitdə çəkilmiş fotoşəkillərdə belə rənglər aydın görünür. vau.az saytı fərqli meyarlara sahib iPhone 11 satışı ilə məşğuldur. Sayta daxl olaraq hər bir məhsul haqqında ətaflı axtarış edə bilərsiniz.