Cari halda aktiv məhsul mövcud deyil
iPhone 12 Dizaynı
Apple iPhone 12 modeli digər seriyalarla müqayisədə daha kiçik ölçülərdə hazırlanıb. Kənarların hamar olması onun ölçülərinə əhəmiyyətli təsir göstərmişdir. Qalınlığı 7,4 millimetr və çəkisi 164 qram olmaqla digər modellərdən həm daha nazik, həm də yüngüldür. Dizaynda belə kəskin dəyişikliyin olması iPhone 12 satışı zamanı öz müsbət təsirini göstərir. Bu modelin istehsalında şüşə və alüminiumdan istifadə edilmişdir, ön tərəfi Ceramic Shield şüşəsindən hazırlanmışdır. Telefonun yanlarını əhatə edən alüminium çərçivə arxa tərəfdəki şüşə təbəqə ilə birləşir. Bu təbəqə parlaq və hamar bir səthə malikdir. Yuxarı sol küncdəki kamera hissəsi mat şüşə ilə örtülmüşdür. Digər modellərdə sağ tərəfdə gördüyümüz SİM kart yuvası sol tərəfə köçürülüb. Apple bu modeldə iPhone aksesuarlarından istifadə etmək üçün yeni təklif edib və daxili maqnitlərdən istifadə edib. iPhone 12-nin arxa tərəfində şüşənin altına quraşdırılmış simsiz şarj etmə üçün dairəvi maqnit var. Bu MagSafe texnologiyası adlanır. Üstəlik, Apple bu maqnit qüvvəsini təkcə şarj etmək üçün deyil, həm də digər aksesuarları iPhone-lara möhkəm bərkitmək üçün istifadə edir. iPhone 12 də suya və toza davamlıdır. Bu IP68 sertifikatı ilə sənədləşdirilmişdir. Həmçinin Apple əvvəlki modellərlə müqayisədə suya davamlılığı artırıb. 6 metr dərinliyə qədər suda 30 dəqiqəyə qədər qala bilir.
iPhone 12 Kamera keyfiyyəti
iPhone 12 kamera xüsusiyyətləri nəzərəçarpacaq dərəcədə üstündür. Arxa hissədə 2 kamera var və hər biri 12 meqapikseldir. Əsas kameranın diyaframı f/1.6 artırılıb. Optik görüntü sabitləşməsi bu böyük kameranın xüsusiyyətləri arasındadır. Ultra geniş bucaqlı kamera f/2.4 apertura və 120 dərəcə baxış bucağı kimi xüsusiyyətlərə malikdir. Bu iki kamera arxa tərəfdə kvadrat formalı sensorda yerləşdirilib. İkili LED flaş və mikrofon da burada yerləşir. Linzalar həmçinin sapfir kristal şüşə örtüyü ilə cızıqlardan qorunur. iPhone 12 ilə müxtəlif şəraitlərdə möhtəşəm şəkillər çəkmək mümkündür. Hətta günəşin doğuşu və qürubu kimi işıq intensivliyinin normadan aşağı olduğu mühitlərdə belə aydın və yüksək rəng dəqiqliyi ilə kadrlar çəkmək mümkündür. Zəif işıqda iPhone 12 ümumilikdə yaxşı işləyir. Həmçinin gecə mənzərəsi çəkilişlərində də mükəmməl şəkillər çəkmək mümkündür. Bu kamera sistemi Apple-ın Smart HDR 3 adlandırdığı HDR sisteminə malikdir. İşığın əks istiqamətdən gəldiyi, yüksək ekspozisiya və kölgə sahələri olan fotoşəkillərdə işıqlandırma balanslaşdırılmışdır. Bu üstünlüklər iPhone 12 qiyməti amilinə də öz təsirini göstərir. Ön tərəfdəki TrueDepth kamera sisteminə 12 meqapiksellik f/2.2 diafragma kamerası daxildir. Smart HDR, Gecə çəkilişi kimi xüsusiyyətlər də ön kamerada mövcuddur.
iPhone 12 Batareya gücü
iPhone 12 sürətli şarj etmə xüsusiyyətinə malikdir. Məhsulun üzərində şarj aləti mövcud deyil. Onu əlavə olaraq əldə etməlisiniz. 20 Vt güc adapteri ilə siz iPhone 12-ni sürətli şarj edə bilərsiniz. 20W güc adapteri ilə yarım saat ərzində telefonu 50-60% şarj etmək mümkündür. 100% şarj üçün isə 1.5 saat tələb olunur. MagSafe adlı yeni texnologiya sayəsində simsiz şarj da mümkündür.
iPhone 12-də Apple A14 Bionic prosessoru var. Apple A14 Bionic həm də süni intellekt imkanlarında çox inkişaf etmiş prosessordur. A14 Bionic prosessoru sayəsində iPhone 12 oyunlarda, kamera proqramında, foto və video redaktə və ya hesablama proqramlarında olduqca yaxşı işləyir. vau.az saytı fərqli meyarlara sahib iPhone 12 satışı ilə məşğuldur. Sayta daxl olaraq hər bir məhsul haqqında ətaflı axtarış edə bilərsiniz.