Redmi Note 9 Dizaynı
Redmi Note 9 telefonu böyük ekran ölçüsünə malikdir. Ekranın göstəriciləri 6.53 düym və 1080 x 2340 pikseldir. Ekranda IPS LCD ekran texnologiyasından istifadə olunub. IPS ekranların təqdim etdiyi geniş baxış bucaqları ekrana hansı tərəfdən baxmağımızdan asılı olmayaraq mükəmməl rənglər və görüntü əldə etməyə kömək edir. Redmi Note 9 modelinin çərçivəsi və arxa hissəsi möhkəm plastikdən hazırlanıb. Küncləri yuvarlaqlaşdırılmış telefon bir az qalın profilə malikdir və tək əl ilə istifadəsi olduqca asandır. Çəkisi 199 qramdır. Redmi Note 9-un sol kənarında ikili SİM və microSD kart yuvasının yerləşdiyi bölmələr var. Sağ tərəfdə istifadəçiləri güc (power button) düyməsi və səs səviyyəsi düymələri yerləşir. İkinci mikrofon və infraqırmızı port telefonun yuxarı kənarında yerləşir. Bu port və Mi Remote tətbiqi sayəsində Redmi Note 9 televizor və ya digər əşyaları idarə etmək üçün də istifadə edilə bilər. Redmi Note 9 arxa paneldə dördlü kamera sisteminə malikdir. Bu gözə çarpan çıxıntılı dörd kamera sisteminin bir az altında yuvarlaq barmaq izi skaneri yerləşir. Kamera sisteminin sağ tərəfində LED fənəri var. Bu telefon modelinin ağ, boz, qara və yaşıl rəngləri mövcuddur.
Redmi Note 9 Kamera keyfiyyəti
Redmi Note 9-un arxa tərəfində dördlü kamera sistemi var. Burada əsas kamera 48 meqapiksellik kameradır. 8 meqapiksellik ultra geniş bucaqlı kamera və 2 meqapiksellik makro kameranı dərinlik sensoru sistemi tamamlayır. Günəş işığında Redmi Note 9 ilə mükəmməl şəkillər çəkə bilərsiniz. Pro Color seçimi aktiv olduqda kontrast artır. Makro kamera isə ətrafda uyğun işıq şəraiti ilə təmin olunarsa, yaxından kadrlar çəkməyə imkan verir. Ön və arxa kamerada portret rejimi var. Bu rejim qüsursuz fotolar çəkməyə imkan verir. Redmi Note 9 arxa kamerası ilə 1080p video çəkiliş etmək mümkündür.
Redmi Note 9 Batareya gücü
Redmi Note 9 5020 mAh gücündə batareya ilə təmin edilib. Bu böyük tutumlu batareya smartfonun ən güclü cəhətlərindən biridir. Redmi Note 9 satışı zamanı müştərilərin diqqətini çəkən məqamlardan biri də məhz batareyanın gücüdür. Bu batareya sayəsində telefonu uzun müddət şarj etməyə ehtiyac olmadan istifadə etmək mümkündür. Həm də Redmi Note 9-un akkumulyatoru öz sinfində olan digər telefonlarla müqayisədə tez şarj edilə bilir. Smartfonun üzərində 18W şarj adapteri mövcuddur. 5020 mAh batareyanı tam doldurmaq üçün 2 saatdan bir qədər çox vaxt lazımdır.
Redmi Note 9 RAM və yaddaş tutumu
Redmi Note 9 modelinin 3 GB, 4 GB və 6 GB RAM ilə təmin olunmuş növləri var. Daxili yaddaş seçimləri 32 GB, 64 GB və 128 GB-dır. Daxili yaddaşı microSD kartı ilə artırmaq mümkündür. Proqramlar çox tez işə salınır və bir çox tətbiqi eyni anda işlətmək heç bir problem yaşatmır. Redmi Note 9 qiyməti sahib olduğu özəlliklərlə müqayisədə olduqca münasibdir. vau.az saytına daxil olaraq bu modeli asanlıqla əldə edə bilərsiniz.