Mitsubishi kondisionerlər ev və ya ofis mühiti üçün fərqli variantlar təklif edir. Bu kondisioner modelləri smart texnologiya ilə təchiz edilib. Digər sahələrdə olduğu kimi kondisionerlər sferasında da süni intellekt öz üstünlüyünü göstərir. Qabaqcıl texnologiya əsasında istehsal edilən modellər süni intellekt və sensorlar sayəsində ətrafdakı insanların sayını, yerini təyin edir. Bu sayədə təsbit etdiyi bədən istiliyinə görə özünü tənzimləyir. Kondisioner havasının birbaşa təsir nöqtəsində adətən insanlar əyləşmək istəmir. Mitsubishi bunun üçün də optimal həll təklif edir. Sizi tanıyan sensorları sayəsində hava axınının birbaşa üzərinizə gəlməsinin qarşısını ala bilərsiniz. Həmçinin öz seçiminizdən asılı olaraq əlavə sərinlik üçün onu özünüzə yönləndirə bilərsiniz.
Mitsubishi qonaq otağı, tavan tipi, kaset tipi, döşəmə tipi, divar tipli kondisioner modelləri istehsal edir. Bu modelllərin hər biri estetik dizaynı və yüksək performans xüsusiyyətləri ilə diqqət çəkir. Markanın istehsal etdiyi kondisionerlərdə qarşılaşdığımız daha bir üstünlük hava təmizləmə özəlliyidir. Hava təmizləmə xüsusiyyətinə malik kondisioner modelləri üstün filtrləri ilə havanı tozdan təmizləyir və təravətli bir mühit yaradır. İnnovativ filtr xüsusiyyəti ilə diqqət çəkən bu modellər ətraf mühitin havasını dəyişmək üçün xüsusi olaraq hazırlanmışdır. Xüsusi filtri sayəsində ətrafdakı toz, kir, yağ, siqaret tüstüsü kimi narahatedici faktorları tutaraq məkanı təmiz hava ilə təmin edir. Bəzi modellərdəki funksiya sayəsində kondisioner filtrin çirklənməsini sizə xəbər verir. Beləliklə, siz kondisionerlərin filtrlərini daim yoxlamaq məcburiyyətində qalmırsınız.
Döşəmə tipli kondisioner modelləri yer səviyyəsində quraşdırılaraq tez və asan quraşdırmanı təmin edir. Xüsusi dizaynı sayəsində yerə çökən soyuq havanı udaraq səmərəli isitmə yaradır. Bu sayədə həm soyutma, həm də isitmə baxımından üstünlüklər təqdim edir.
Qonaq otağı kondisionerləri iş yerləri üçün yüksək performans təmin edən xüsusiyyətlərlə istehsal olunur.
Mitsubishi döşəmə kondisioneri də adlandırılan bu modellər insanların sıx olduğu yerlər üçün olduqca əlverişlidir. Kompakt dizaynı sayəsində çox yer tutmur. Asan quraşdırılan modellər filtrin çirkli olması halında sizə xəbərdarlıq edir.
Mitsubishi tavan kondisioner modelləri yüksək tavanlı məkanlar üçün nəzərdə tutulub. Tavan hündürlüyünə görə hava axınını seçə biləcəyiniz bu model ilə üfürülən havanın ətrafın ölçüsünə görə hər yerə çatmasını təmin edə bilərsiniz. Uzun məsafəli üfürmə xüsusiyyəti sayəsində geniş yerləri isitmək və ya soyutmaq üçün çox əlverişlidir. Mitsubishi iri kondisioner modelləri həm də geniş və izdihamlı məkanlar üçün səmərəlidir.
Mitsubishi kondisioner qiymətləri də təklif etdiyi xüsusiyyətlərə uyğun təyin edilib. Münasib büdcəyə keyfiyyətli kondisioner axtarışındasınızsa, Mitsubishi markasının istehsal etdiyi modelləri nəzərdən keçirə bilərsiniz. Vau.az saytında Mitsubishi kondisionerlər bölməsində geniş çeşiddə məhsullar yer alır. Hər bir məhsul haqqında ətraflı məlumatı saytdan əldə edə bilərsiniz. Əlavə suallarla bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Onlayn mağazamızda istəklərinizə uyğun modeli tapmağı asanlaşdırmaq üçün filtr funksiyası mövcuddur. Filtrlərdən tələblərinizə uyğun göstəriciləri seçərək uyğun model kondisioneri daha tez tapa bilərsiniz. Hər bir məhsul xüsusi zəmanət şərtləri ilə təklif olunur.
Onlayn mağazamıza daxil olun, seçdiyiniz məhsul toxunuşla evinizə gəlsin!