Panasonic kondisionerlər bir neçə kateqoriyaya bölünür. Buraya daxildir:
Divar tipli split inverter kondisionerlər
Multi-split inverter kondisionerlər
VRF sistemli kondisionerlər
Sistem otağına sahib kondisionerlər
Qeyd olunan Panasonic kondisionerlərinin hər biri fərqli məkanlar üçün nəzərdə tutulub. Hər bir kondisioner növünü analiz edək.
Divar tipli split inverter kondisionerlər
Bu tip kondisionerlər istehsal edərkən Panasonic şirkəti ətraf mühitin və havanın gigiyena keyfiyyətini, səs-küyə qarşı həssaslığı və uzun istifadə müddətini nəzərə alıb. Yeni nəsil R32 soyuducu ilə kondisionerin təbiətə təsiri 0-a endirilib. Həmçinin bu kondisionerlər Econavi texnologiyası ilə kondisionerlərin istifadəsi zamanı tullantıları smart proqram təminatı ilə aşkar edir, hərəkət sensoru və idarəetmə proqramı texnologiyasından birlikdə istifadə etməklə 38% enerjiyə qənaət edir. Aerowings özəlliyi ilə mükəmməl hava axınını təmin edir. Panasonic-in tətbiq etdiyi Aerowings xüsusiyyəti hava axınını gücləndirən iki qanaddan ibarətdir. Hava axınının gücləndirilməsi sayəsində tələb olunan temperatur daha qısa müddətdə tənzimlənir. Bu xüsusiyyət həm də üfürülən havanın otaqda bərabər paylanmasına kömək edir.
Multi-split inverter kondisionerlər
Bu kondisionerlər Avropa standartlarına uyğun dizayn edilmişdir: Super səssiz iş rejimini və yüksək səmərəliliyi təmin edir. Etherea və PM 2,5 hava filtri ilə hava keyfiyyətini yaxşılaşdırır. TZ daxili bloku olduqca yığcamdır. Cəmi 799 mm eni ilə qapı üstü kimi yerlərə asanlıqla quraşdırıla bilir. Evlər, ofislər, mağazalar və restoranlar üçün nəzərdə tutulmuş aşağı statik təzyiqli tavan qurğusu yüksək rahatlıq və səmərəliliyin tələb olunduğu məkanlar üçün idealdır. Multi-split inverter kondisionerlərin digər üstünlükləri aşağıdakılardır:
5 ayrı otağa asan nəzarət.
İstənilən otağa uyğunlaşmaq üçün daxili blokların geniş seçimi.
Qəşəng və erqonomik dizayn.
Yüksək səmərəlilik: A+++ sinfində enerjiyə qənaət.
Çevik quraşdırma, yığcam qurğular və uzun əlaqə məsafəsi.
Yeni R32 soyuducu texnologiyası.
İstənilən yerdə və istənilən vaxt telefonla nəzarət.
Yüksək performansı ilə seçilən multi-split inverter Panasonic kondisionerlər ilə vau.az saytında tanış ola bilərsiniz.
VRF sistemli kondisionerlər
VRF sistemli kondisionerləri böyük məkanlar üçün optimal həll hesab edə bilərik. Yeni Panasonic VRF Sistemi xüsusi olaraq enerjiyə qənaət üçün nəzərdə tutulub. Panasonic VRF Sistemini 3 sözlə belə ifadə edə bilərik: effektivlik, yüksək enerjiyə qənaət, performans. Bu kondisionerlərin böyük ofislərdə quraşdırıldığını nəzərə alsaq, olduqca səmərəli seçim olduğunu görə bilərik. Bu kondisioner modellərinin üstün cəhətlərindən biri də fərqli iş rejimlərinin olmasıdır.
1. Hərəkət aşkarlama rejimi: İnsanların olduğu yeri, hərəkətlərini, günəş işığının varlığını və intensivliyini müşahidə edir. Bu aşkarlama nəticələrinə uyğun olaraq öz iş rejimini avtomatik tənzimləyir və beləliklə enerjiyə qənaət edir.
2. Gün işığının aşkarlanması (Soyuq və istilik rejimi): Econavi otaqda gün işığının intensivliyindəki dəyişiklikləri aşkarlayır və havanın günəşli, buludlu və ya gecə olub-olmadığını müəyyən edir. Mövcud günəş istiliyinə, əsasən avtomatik hava axınını tənzimləyir və yüksək enerji qənaətini təmin edir.
Sistem otağına sahib kondisionerlər
Fasiləsiz fəaliyyəti təmin edən sistem otaqlı kondisionerləri sistem otaqları və UPS otaqları kimi peşəkar və kritik tətbiqlər üçün nəzərdə tutulmuşdur.
Vau.az geniş çeşiddə Panasonic kondisioner satışı ilə məşğuldur. Onlayn mağazamıza daxil olaraq istədiyiniz modeli asanlıqla sifariş edə bilərsiniz.