Ən yaxşı kondisionerlər arasında Samsung şirkətinin Premium Plus seriyasına aid kondisionerlər yer alır. Bu kondisioner modelləri yüksək performansı ilə seçilir. Premium Plus seriyasının ən vacib özəllikləri asan və qənaətcil olmalarıdır. Bu xüsusiyyətlərlə yanaı onlar həm də səssiz işləyir. Rəqəmsal İnverter (Digital Inverter) sayəsində havanı 43% daha tez soyudan bu kondisionerlər unikal dizaynı sayəsində soyuq havanı, hətta 15 metr məsafəyə də paylaya bilir. Tətbiq vasitəsilə idarə oluna bilən Premium Plus kondisionerləri süni intellekt ilə təchiz edilib. Yəni istəklərinizə anında cavab verə və kondisioneri sizin yerinizə idarə edə bilər. Avtomatik təmizləmə funksiyası sayəsində kif və bakteriya əmələ gəlməsini minimuma endirən bu kondisionerlər aşağı enerji sərfiyyatı ilə də seçilir.
Samsung Premium Plus WindFree kondisionerləri hansı xüsusiyyətlərə malikdir?
Samsung Premium Plus WindFree Küləksiz Sərinlik vəd edir. WindFree ilə səssiz sərinlikdən həzz ala bilərsiniz. Bu kondisioner modeli soyutma zamanı külək vurmur, beləliklə siz dərinizdə soyuq küləyi hiss etmirsiniz. O, 23.000 mikro ventilyasiya vasitəsilə sabit hava mühiti yaradır. Kondisioner WindFree rejimində işləyərkən Sürətli Soyutma rejimi ilə müqayisədə 77%-ə qədər daha az elektrik enerjisi istifadə edir. Beləliklə, Samsung Premium Plus WindFree büdcənizə qənaət etmək üçün enerji sərfini minimuma endirir. Bu Samsung kondisionerlər süni intellekt (AI) ilə təchiz edilib. Süni intellekt sayəsində kondisioner otaq şəraitini və istifadə vərdişlərini təhlil edir. Optimal şəraiti saxlamaq üçün seçdiyiniz temperatur səviyyəsinə uyğun olaraq ən uyğun rejimlər arasında keçid edir. Kondisioner modeli həmçinin yüksək enerjiyə qənaət edən Digital Inverter Boost texnologiyası ilə də təchiz edilib. Bu rejim ilə kondisioner istənilən temperaturu daha az dalğalanma ilə saxlayır. Neodimium maqnitləri və İki Boru Səsboğucusu sayəsində səmərəli və səssiz işləyir. Beləliklə, daha uzun istifadə müddəti təklif edir. Nəticədə enerji istehlakını 73%-ə qədər azaldır. Digital Inverter Boost texnologiyası sayəsində hava 43% daha sürətli soyuyur. Onun qabaqcıl dizaynında 15% daha böyük fan, 18% daha böyük hava girişi və 31% daha geniş bıçaqlar var. Bu yenilənmiş dizayn ilə soyuq hava daha da geniş ərazini əhatə edir (15 metrə qədər). SmartThings Tətbiqi ilə siz mobil cihazlarınızı kondisionerlə inteqrasiya edə bilərsiniz. Bu tətbiq vasitəsilə bir toxunuşla kondisionerinizi uzaqdan idarə edə, onu nəzarətdə saxlaya bilərsiniz. Samsung kondisioneri idarə etməyin digər bir yolu süni intellektdir. Süni İntellektə (AI) yerinə yetirmək istədiyiniz əmri verin, o, sizin üçün təklif edəcəyi ən yaxşı parametrlərlə kondisionerinizi avtomatik idarə edəcək. Modelin ən böyük üstünlüklərindən biri avtomatik təmizləmə özəlliyidir. Kondisioner söndürüldükdə Avtomatik Təmizləmə funksiyası istilik dəyişdiricisindən toz və rütubəti təmizləmək üçün daxili blokun içərisindəki ventilyatoru avtomatik işə salır. 3 addımda baş verən bu prosesdə 10-30 dəqiqə ərzində daxili blokun istilik dəyişdiricisinə hava üfürülməklə rütubət çıxarılır. Beləliklə, bakteriya və kif əmələ gəlməsinin qarşısı alınır, kondisioneriniz təmiz və quru qalır. Ön filtrə əlavə olaraq təchiz edilən Tri-Care Filtr havanı təmiz saxlayır. 3 qatlı filtr böyük toz hissəciklərini, lifləri və heyvan tüklərini tutan yüksək sıxlıqlı filtrdən ibarətdir. O, incə tozları tutur və havadan zərərli maddələri təmizləyir.
Bütün bu üstünlükləri evinizdə görmək istəyirsinizsə, vau.az onlayn mağazamızda Samsung kondisionerlər bölməsini nəzərdən keçirə bilərsiniz. Siz istədiyiniz modeli seçin, toxunuşla gələcək!