LG kondisioner modelləri 2 qrupda birləşir: split kondisionerlər və salon kondisionerlər (PAC).
LG-nin divara quraşdırılan (split) kondisioner modelləri interyerlə harmoniya təşkil edəcək şəkildə dizayn olunub. Əgər görüntü sizin üçün önəmlidirsə, tərəddüd etmədən LG markasının məhsullarını seçə bilərsiniz. Split kondisionerlərin ən çox seçilən modellərindən biri Inverter 9000 Btu UV Sirius A++ kondisioneridir. Bu modelin özəllikləri ilə ətraflı tanış olaq:
- UV LED işığı ilə külək yaradan ventilyatoru təmiz saxlayır. Təmiz ventilyator isə məkanda təmiz hava deməkdir.
- Quraşdırılan Plasmarter Ionizer texnologiyası havadakı xoşagəlməz qoxunu təmizləyir. Bu özəllik Intertek tərəfindən təsdiq edilmişdir. İntertek 8 m3 sınaq sahəsində 60 dəqiqəlik əməliyyatdan sonra yapışqan tütün qoxusunun azaldığını təsdiqləyib.
- Avtomatik təmizlənmə özəlliyi mövcuddur. Kondisionerin hər zaman təmiz qalması üçün onun içindəki nəmi avtomatik qurudur.
- Kondisioner ThinQ ağıllı texnologiyası ilə də təchiz edilib. LG ThinQ proqramı kondisionerə asanlıqla qoşulmağa imkan verir. Beləliklə siz bir toxunuşla kondisionerinizi idarə edə bilirsiniz.
- LG DUAL Inverter Compressor ilə təchiz edildiyi üçün daha sürətli soyutma özəlliyi diqqət çəkir. Yayın qızmar günlərində bu funksiya sizi çox xoşbəxt edəcək J Bu özəllik həm də soyuq aylarda sürətli isitməni həyata keçirir.
- Inverter 9000 Btu UV Sirius A++ kondisionerinin istifadəçiləri xoşbəxt edən daha bir özəlliyi səssiz işləmə xüsusiyyətidir. Onun səs səviyyəsi 19 dBA'dan aşağıdır.
- Kondisioner A++ özəlliyi sayəsində enerjiyə qənaət edir. 4 fərqli qənaət rejimindən ehtiyacınız olanı seçə bilərsiniz.
Qeyd olunan özəlliklər LG split kondisionerlərinin hər birində mövcuddur. Modellər arasında yalnız cüzi fərqlər var.
İkinci kateqoriya qəşəng dizayna və güclü funksiyalara malik LG salon tipli kondisionerlərdir. Bu kondisionerlər qonaq otağınıza yeni ab-hava qatacaq deyə bilərik. Salon tipli kondisionerlərin özəllikləri ilə ətraflı tanış olaq.
- Qüsursuz dizayn axtarışında olanlar üçün bu kondisioner modelləri əvəzedilməz seçimdir. Onlar istər evdə, istər ofisdə modern görüntü yaradır.
- Split kondisionerlərdə olduğu kimi sürətli soyutma və isitmə funksiyalarına bu modellərdə də rast gəlirik. Güclü soyutma özəlliyi sayəsində müəyyən edilmiş temperatura daha qısa müddətdə çata bilir. Eyni zamanda Power Heating funksiyası optimal hava axını bucağını təmin edərək daha sürətli isitmə performansına zəmanət verir. LG kondisionerlər bu özəlliklərinə görə istifadəçilər tərəfindən çox bəyənilir.
- Güclü hava sürəti və həcmi ilə hava axını 20 metr məsafəyə çata bilir. Bu, daha az vaxtda təmiz və rahat soyutmanı/isitməni təmin edir.
LG kondisionerlər istehsal edərkən alıcıların büdcəsini və istəklərini nəzərə alır. Daim bazar araşdırması edən marka müştəri tələblərini maksimal şəkildə qarşılamağa çalışır. Bu həm istifadəçilərin rahatlığı, həm interyerin görüntüsü, həm də enerjiyə qənaət baxımından sərfəlidir.
Geniş çeşiddə LG kondisioner modelləri ilə tanış olmaq üçün vau.az onlayn mağazamıza nəzər sala bilərsiniz. Mağazada LG kondisionerlər bölməsində hər iki kateqoriya üzrə kondisionerlər yer alır. Məhsullar orijinaldır və xüsusi zəmanət şərtləri ilə təklif olunur. Həmin modellər fərqli büdcələrə uyğundur. Bəyəndiyiniz modeli seçərək onlayn sifariş edə bilərsiniz. Məhsulu sifariş edərkən sizə 3 fərqli ödəmə imkanı təklif olunur: nağd, hissə-hissə və kreditlə. Özünüzə uyğun ödəmə formasını seçib, ünvanınızı qeyd etdikdən sonra sifarişi tamamlaya bilərsiniz.