Huawei Matebook seçimləri istifadəçilərin sürət, performans və erqonomik ehtiyacları nəzərə alınmaqla hazırlanır. Matebook modelləri özü də fərqli seriyalara bölünür. Onlardan biri Matebook X Pro seriyasıdır. Bu seriya daha geniş və parlaq displey təklif edir. Onun 100% sRGB2 geniş rəng diapazonu şəkil və videoları çox canlı göstərir. Görüntü imkanı 3000 x 2000 piksel, ekran 13.9 düymdür.
Huawei Matebook X Pro seriyasının daha bir özəlliyi sensor ekrandır. Bu noutbukdan istifadəni daha da asanlaşdırır və zövq verir. Seriya incə və zərif dizaynı ilə də fərqlənir. Yüngül və portativ xüsusiyyətə malikdir. Bu seriyaya məxsus noutbuklar yaşıl, boz və gümüşü rənglərdə istehsal olunur. Fərqli rəng noutbukları bəyənirsinizsə, xüsusilə yaşıl rəngli Matebook X Pro modelini nəzərdən keçirməyinizi tövsiyə edirik. HUAWEI MateBook X Pro 10-cu nəsil Intel® Core ™ i7 prosessoru və NVIDIA GeForce MX250 diskret qrafik kartı, 16 GB-dək yaddaşı və 1TB-dək sürətli SSD tutumuna sahibdir. Beləliklə, biznes, iş və ya gündəlik istifadə üçün MateBook X Pro modelini seçə bilərsiniz.
Bu noutbuk istədiyiniz məkanda işləmək üçün idealdır. HUAWEI markasının məşhur noutbuk seriyalarından bir də Matebook D adlanır. HUAWEI MateBook D 14 1920 x 1080 IPS ekranı ilə təchiz olunmuşdur. Ekran 14 düymdür. Ekran 180 dərəcəd açılma bucağına malikdir. Onu istədiyiniz kimi hərəkət etdirə bilərsiniz. İncə dizayna malik bu noutbuk modeli, həm də yüngüldür. Özünüzlə hər yerə asanlıqla daşıya bilərsiniz. HUAWEI MateBook D 14 modeli sürəti və produktivliyi ilə seçilən 10-cu nəsil Intel® Core™ i3-10110U prosessoru ilə işləyir.
PCIe SSD və 8GB-a qədər ikikanallı arxitektura DDR4 RAM ilə təchiz edilmiş cihazın oxuma və yazma sürəti olduqca yüksəkdir. Modeldə UHD Graphics 620 qrafik kartından istifadə olunub. HUAWEI MateBook D TÜV Rheinland sertifikatlı ekran ilə fəaliyyət göstərir. Bu ekran gözləri mavi şüanın təsirindən qoruyur. Əgər siz uzun saatlar noutbuk ilə işləyirsinizsə, bu ekran sayəsində gözləriniz daha az yorulacaq və onların sağlamlığı qorunacaq.
Huawei noutbuk qiymətləri texniki xüsusiyyətlərinə görə dəyişir. Xüsusiyyətlər fərqli olduğu üçün modellər arasında da qiymət müxtəlifliyi mövcuddur. Prosessor, RAM və ya qrafik kartlar qiymətə təsir edən əsas amillər sırasındadır. vau.az saytına daxil olaraq Huawei noutbuk modellərini araşdıra bilərsiniz. Huawei noutbuklar bölməsində geniş çeşiddə məhsullar təqdim olunur. Burada hər bir modelin qiyməti və xüsusiyyətləri yer alır. Noutbuk seçməzdən öncə istifadə məqsədinizə uyğun hansı xüsusiyyətlərin sizin üçün vacib olduğunu dəqiqləşdirin. Digər xüsusiyyətlər arasında isə optimal seçim etməyə çalışın.
Ən yaxşı noutbuk sizin ehtiyaclarınızı ödəyən məhsuldur. Buna görə də tələblərinizə cavab verməsi qiymətdən daha vacibdir. Xüsusilə illərlə istifadə olunması ən düzgün məhsulu seçməyi mütləq edir. vau.az istədiyiniz məhsul üçün nağd ödəmə ilə yanaşı hissə-hissə və kreditlə imkanlarını da təklif edir. Məhsullar üzrə fərqli zəmanət müddətləri də mövcuddur. Siz şəxsi istəyinizdən asılı olaraq bu müddəti artıra da bilərsiniz.