Dell müxtəlif məqsədli istifadəçilər üçün noutbuklar istehsal edir. 180 müxtəlif ölkədə xidmət göstərən Dell həm gündəlik istifadə, həm də iş və oyun üçün nəzərdə tutulmuş noutbuklar istehsal edir. Kino, oyun və iş üçün ayrı-ayrı modelləri olan bu noutbuklar portativ olmaqla yanaşı ultra yüngül çəkiyə malik texnoloji məhsullardır. İnnovativ texnoloji xüsusiyyətlərlə təchiz edilmiş Dell noutbuk modelləri kompüterdən istifadənin tamamilə yeniləyir. Digər markalarda olduğu kimi Dell də oyun həvəskarları üçün xüsusi noutbuklar hazırlayırlar.
Oyun noutbuku seriyasında Dell oyun həvəskarları üçün yüksək performanslı video görüntü və sürəti təmin edən noutbuklar təklif edir. Bu noutbukların aparat və proqram təminatı yüksək standartlara cavab verir. Oyunların yüksək görüntü keyfiyyəti və sürətli axan şəkillərlə oynanıla bilməsi prosesin zövqünü artırır. Intel Core i7 prosessoru ilə ultra yüksək performans təmin edən bu noutbuklar Game Shift rejimi ilə oyunun fasiləsiz axınını dəstəkləyir və fanları maksimum güclə işlətməklə sistemin sabitliyini təmin edir. NVIDIA GeForce xarici qrafik prosessorları ilə oyun davam edərkən aydın və canlı qrafika təqdim edir.
Yeni nəsil GDDR6 RAM yaddaşı ilə təchiz edilmiş bu seriya daha sürətli yükləmə və axın etməyə imkan verir. 15,6 düym eni və 144 Hz güclü ekranı ilə oyun həvəskarları üçün ideal ekran avadanlığı təmin edir. Bundan əlavə ikili dinamiklərlə daha canlı və real səslər oyunçuları oyun dünyasına cəlb edir. Bu noutbukaların işıqlı klaviaturası da diqqət çəkir. Güclü SSD kartı ilə sürəti və performansı iki qat artırır. Dell i7 noutbuk prosessoru ilə sürət və performans müxtəlif aparat və proqram təminatı xüsusiyyətləri ilə uğurlu istifadə təcrübəsi təqdim etmək üçün hazırlanıb.
Noutbuk modelləri oyunları, qrafikaları və multimedianı daha canlı və daha real hiss etməyə imkan verən güclü funksiyalarla təchiz edilmişdir. Dinamikdən qrafik prosessoruna qədər üstün dizayna malik məhsullarla uğurlu təcrübə əldə etmək mümkündür. Parlamaya qarşı xüsusiyyətli FHD IPS ekranı sayəsində hər bucaqdan mükəmməl görüntü təmin edir. Ekran dizaynlarının ultra nazik çərçivəsi ilə şəkilə daha çox diqqət yetirilə bilər. Güclü yaddaş və prosessor xüsusiyyətləri ilə açıq proqramlar arasında daha sürətli keçid etmək mümkündür. Bundan əlavə SSD disk ilə daha sürətli yükləmək və proqramların açılış vaxtlarını 10 saniyə ilə 20 saniyə arasında azaltmaq mümkün olur.
10-cu Nəsil Intel prosessorları ilə təchiz edilmiş Dell Inspiron seriyalı kompüterlər maksimum performans nümayiş etdirən aparat xüsusiyyətlərinə malikdir. Bu seriyanın modelləri barmaq izi oxuyucusu, mobil cütləşmə, klaviatura işıqlandırması və Type-C portu kimi innovativ xüsusiyyətlərlə həyatı asanlaşdırır. Gündəlik işlərdə istifadə üçün ultra nazik və yüngül Dell mini noutbuklarını seçə bilərsiniz. Bu noutbuklar həm də yüksək batareya tutumu ilə fərqlənir. Onları uzun müddət şarja ehtiyac duymadan istifadə etmək mümkündür. Dell laptoplar həmçinin yüksək informasiya təhlükəsizliyi sistemi ilə təmin olunmuşdur.
Bu xüsusiyyəti sayəsində sizin məlumatlarınızı təhlükəsizlik saxlamaq üçün narahat olmağınıza ehtiyac qalmayacaq. vau.az saytına daxil olaraq Dell noutbuk modelləri ilə tanış ola bilərsiniz. Onlayn mağazamızda müxtəlif çeşiddə fərqli məqsədlərə xidmət edən Dell noutbuklar yer alır. Onların hər birinin xüsusiyyətləri haqqında saytdan ətraflı məlumat əldə edə bilərsiniz. Almaq istədiyiniz noutbuku onlayn sifariş ilə əldə etmək mümkündür.