Lenovo dizaynerlər, professionallar və oyun həvəskarları üçün hazırlanmış masaüstü kompüterlər ilə rəqabət aparan noutbuk modelləri istehsal edir. Noutbukların daşınması və istifadəsi asan olduğundan alıcılar tərəfindən üstünlük verilir. Lenovo həmçinin 2-si 1-də noutbuklar təklif edir. Bu noutbuklar istənilən zaman həm də planşet kimi istifadə oluna bilir. Tez-tez təqdimatlarda iştirak edən, eskiz çəkən və ya noutbukdan kitab oxumağı sevənlər üçün ikisi birində modellər olduqca əlverişlidir. Onlar istənilən anda planşet modelinə çevrilir və işinizi daha da asanlaşdırır.
Lenovo hərəkətli işlərdə çalışanlar və kompüteri hər zaman üzərində daşıma ehtiyacı olanlar üçün ultra portativ noutbuklar təklif edir. Lenovo noutbukları ilə siz sərfəli qiymətlərlə yüksək performans gözləyə bilərsiniz. Ən yaxşı noutbuk modeli tamamilə sizdən və kompüterinizi hansı məqsədlər üçün istifadə etməəyinizdən asılıdır. Noutbukun xüsusiyyətlərinə görə hansı noutbuk modelinə üstünlük verdiyinizi təyin edə bilərsiniz. Burada bir çox parametrləri görəcəksiniz. Oynadığınız oyunlardan daha yaxşı həzz almaq istəyirsinizsə, seçdiyiniz noutbukun qrafik kart xüsusiyyətləri sizin üçün əsas elementdir.
Qrafik kartınızın xüsusiyyətləri yaxşılaşdıqca oynadığınız oyunun qrafikası noutbukunuzda daha yaxşı əks olunacaq, beləliklə, siz oyundan daha çox zövq alacaqsınız. Oyun üçün nəzərdə tutulmuş Lenovo noutbuk modelləri bütün bunlar nəzərə alınmaqla hazırlanmışdır. Əgər noutbukdan biznes və ya iş üçün istifadə edəcəksinizsə, burada işləyəcəyiniz proqramlara diqqət etməlisiniz. Sizin istifadə edəcəyiniz proqramlar hansı xüsusiyyətləri tələb edir? Noutbukunuzun hansı xüsusiyyətləri güclü olmalıdır? Bu məqamlara diqqət edərək özünüz üçün doğru noutbuk modelini seçə bilərsiniz. Lenovo noutbuk modellərinin əməliyyat sistemləri fərqli ola bilər. Əməliyyat sistemləri kompüter avadanlığı və kompüterdəki proqramlar arasında ötürmə rolunu oynayır. Bəzi noutbuk modellərində heç bir əməliyyat sistemi quraşdırması yoxdur. Belə noutbuk modellərinə freedos da deyilir. Bu zaman istifadəçi istədiyi əməliyyat sistemini alıb quraşdıra bilər.
Bəzi noutbuk modelləri Microsoft Windows əməliyyat sistemi ilə təchiz edilmişdir. Noutbuk alarkən diqqət edilməli digər xüsusiyyətlər arasında RAM, prosessor, qrafik kartlar, sərt disk tutumu yer alır. Lenovo noutbukları arasında məşhur modellərdən biri də ThinkPad-dir. ThinkPad noutbuk modelləri biznes və iş üçün ideal hesab olunur. Bu noutbuklar ikisi birində xüsusiyyətinə malikdir, istənilən anda planşetə çevirmək mümkündür. Bu noutbuk modeli keyfiyyətli render və qrafika, sensor ekran, qələm dəstəyi ilə fərqlənir.
ThinkPad noutbuk modelləri həm də yüksək tutumlu batareyası ilə fərqlənir. Bu da istifadəçilərə uzun müddət şarj etmədən noutbukdan istifadə imkanı yaradır. İş üçün noutbuk axtarışındasınızsa, ThinkPad noutbuk modelinin xüsusiyyətlərini daha ətraflı nəzərdən keçirməyinizi tövsiyə edirik. Lenovo Legion noutbuk modelləri güclü diskret qrafika ilə fərqlənir. Oyun həvəskarları Legion noutbuk modelləri ilə istədikləri məkanda asanlıqla oyuna qoşula bilərlər. Lenovo noutbukların digər bir xüsusiyyəti hansı modeli almağınızdan asılı olmayaraq onun həm də oyun oynamaq üçün əlverişli olmasıdır.
Ola bilər ki, siz oyun həvəskarı deyilsiniz və bəzən əyləncə üçün oyunlara qoşulursunuz. İstənilən noutbuk modelində siz oyun üçün ehtiyacınız olan səs və görüntü keyfiyyətini əldə edə biləcəksiniz. Lenovo Yoga noutbuklar rəssamlar və dizaynerlər üçün qələm dəstəyi və unikal Halo klaviaturası ilə fərqlənir. Bu modellər də istənilən zaman planşetə çevrilmə xüsusiyyətinə sahibdir. Yoga noutbuk modellərini həm film, həm də təqdimat proyektoru kimi istifadə edə bilərsiniz. Lenovo laptopları ilə tanış olmaq üçün vau.az saytına daxil ola bilərsiniz.