Brend oyun oynamaq üçün xüsusi model noutbuklar təklif edir. Bu noutbuk modelləri Pavilion adlanır. Pavilion noutbuk modelləri prosessor növlərinə görə fərqlənir. Məsələn, HP noutbuku i5 6-cı nəsil - au006TX, HP Pavilion Core i7 6-cı nəsil - au620TX, HP Core i3 7-ci nəsil, HP Pavilion x360 Core i5 6-cı nəsil. Oyunlardan zövq almaq üçün yüksək sürətli prosessora sahib noutbuk seçməyiniz tövsiyə olunur. HP həmçinin iş, gündəlik istifadə, İT sahəsi üçün də noutbuklar istehsal edir.
Məsələn, noutbuku siz hər zaman üzərinizdə daşıyacaqsınızsa və gündəlik istifadə üçün onu alırsınızsa, HP-nin mini modellərini seçə bilərsiniz. Bu model noutbuklar incə və yüngül dizaynı ilə seçilir. Yüksək keyfiyyətli kompüter modelləri ilə istifadəçiləri bir araya gətirməyi hədəfləyən şirkət İT sektorunun aparıcı şirkətləri ilə əməkdaşlıq edir. İstifadəçilərin tələblərinin qarşılanması onun bazarda imicini hər gün daha da yüksəldir. HP laptoplarında diqqət çəkən xüsusiyyətlərdən biri də yüksək batareya tutumudur. 100 faizlik şarj ilə bir neçə saat noutbukdan asanlıqla istifadə etmək mümkündür. Bu da istifadəçilərə əlavə rahatlıq imkanı yaradır.
HP noutbuk qiymətləri müxtəlif xüsusiyyətlərə əsasən dəyişirir. Qiymətə təsir edən bu amillər demək olar ki, bütün noutbuklarda eynidir. Ümumi noutbuk istifadəsində ən vacib 3 xüsusiyyət sürət, yaddaş və görüntü keyfiyyətidir. Bunu təmin edən sistemlər ram, ssd və video kart kimi tanınır. RAM dəyəri nə qədər yüksək olarsa, kompüter bir o qədər sürətli olacaq. SSD kimi yaddaş üçün istifadə edilən vahidlərin keyfiyyəti və yaddaş həcmi nə qədər yüksək olarsa, cihazın istifadəsi bir o qədər rahatdır.
Video kart vizual keyfiyyətini artırır. Bu xüsusiyyətlərin yüksək olması noutbuk qiymətlərinin artması deməkdir. Noutbuk almaq qərarına gəldiyiniz zaman ilk öncə ehtiyaclarınızı müəyyən etməyiniz məsləhət görülür. Məsələn, mühəndislər noutbuk alarkən daha yüksək qrafik prosessor və ram dəyərlərinə diqqət yetirirlər. Onlar üçün prioritet olan xüsusiyyətlər bunlardır. Sizin üçün ən vacib xüsusiyyətləri güclü olan digərləri isə optimal versiyalarda seçmək sərfəli seçim olar.
Noutbuk seçərkən onun klaviaturasına da diqqət etməyinizi məsləhət görürük. Klaviaturada düymələr arasındakı məsafən sizə uyğun olmalıdır. Həmçinin qaranlıq yerlərdə istifadə rahatlığı yaranda işıqlı klaviaturaları da nəzərdən keçirməyinizi məsləhət görürük. HP notebooklar fərqli xüsusiyyətləri ilə diqqət çəkir. Bu səbəbdən özünüzə uyğun modeli tapmaqda çətinlik çəkməyəcəksiniz. Sadəcə vau.az saytına daxil olub HP noutbuklar bölməsini nəzərdən keçirməyiniz kifayətdir. Burada fərqli modellər yer alır. Həmçinin hər bir məhsulun qiyməti və xüsusiyyətləri də qeyd olunub. Əsas xüsusiyyətləri müəyyən etdikdən sonra noutbukun digər özəlliklərini seçərək sizin üçün ən uyğun modeli tapa bilərsiniz.