Asus oyun noutbuku dizaynları ən son oyunları yüksək performansla oynamaq üçün hazırlanmışdır. Oyun həvəskarları üçün istehsal edilən Asus laptoplar ROG seriyası ilə tanıdıldı və bu məhsullarda müxtəlif qrafik kartlar, prosessorlar mövcuddur. Keyfiyyətli və real oyunlar oynamaq üçün noutbuklardan istifadə etməyi düşünürsünüzsə, Asus tərəfindən hazırlanmış oyun noutbuklarını araşdıra bilərsiniz. Asus həmçinin mühasibat və qrafik proqramları kimi yüksək səviyyəli proqramlarla peşəkar formada işləmək üçün də noutbuklar istehsal edir. Fərqli alıcılara xitab edən xüsusi məhsulların istehsalı Asus markasının daha çox tanınmasına və satışların artmasına səbəb oldu.
Fərqli modellərdə Asus noutbuklar görmək mümkündür. Onlar dizayn və xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Asus noutbuk modelləri müxtəlif növ prosessorlarasahibdir. Bu prosessor növləri i5, Intel Core i7, Intel Core i3, AMD Ryzen 3, AMD Ryzen 5, AMD Ryzen 7 kimi növlərə bölünür. Prosessor kompüterin işini tənzimləyir. İstifadəçilər üçün prosessor seçərkən düzgün seçim etmələri son dərəcə vacibdir. Sürətli prosessor kompüterin də yaxşı işləməsi deməkdir. İstehsal olunan hər yeni məhsulların prosessorları və prosessor nəsilləri fərqlənir. Müxtəlif prosessorlar və prosessor nəsilləri mövcuddur. Məhsullar yeniləndikcə xüsusiyyətləri də yenilənir.
Hazır quraşdırılmış əməliyyat sistemi olan qurğular, eləcə də əməliyyat sistemi olmayan məhsullar var. FreeDos məhsullarının əməliyyat sistemi yoxdur. FreeDos məhsullarını alan istifadəçilər müəyyən prosesləri izləməli və sistemi öz cihazlarına quraşdırmalıdırlar.
Noutbuk modelləri təyinatına uyğun olaraq müxtəlif xüsusiyyət və ölçülərdə istehsal olunur. Eyni zamanda kompüterlərin texniki və material keyfiyyəti istehsalçıdan asılı olaraq dəyişir. Qeyd olunan amillərə görə qiymət fərqləri ortaya çıxır. Asus noutbuk qiymətləri də müxtəlif kriteriyalara görə dəyişir. Burada prosessor növü, RAM, qrafik kartlar, ekran ölçüsü və digər nüanslar nəzərə alınır. Noutbuk uzun müddət və tez-tez istifadə edilən texnoloji əşya olduğundan sizə tövsiyəmiz ehtiyacınız olan modeli seçməyinizdir.Yəni ilk öncə qiymətə yox, noutbukun xüsusiyyətlərinə diqqət etmək lazımdır.
Düzgün noutbuku seçmək üçün siz istifadə məqsədinizi müəyyənləşdirməlisiniz. Məsələn, noutbuku iş üçün, yoxsa oyun oynamaq məqsədli istifadə edəcəksiniz? Ya da dizayn proqramlarında işləyəcəksiniz? İstifadə məqsədiniz sizin nə qədər güclü noutbuka ehtiyacınız olduğunu göstərir. Daha sonra ekran ölçüsünün böyük, yoxsa kiçik olmasını dəqiqləşdirə bilərsiniz. Bu noutbukdan istifadə məqsədinizdən və sizin seçiminizdən asılıdır. Film, video izləməyi sevənlər və görüntülü danışıqlar həyata keçirənlər üçün böyük ekranlı noutbuklar tövsiyə edilir. Noutbukda saxlayacağınız faylların həcminə əsasən nə qədər yaddaşa ehtiyacınız olduğunu dəqiqləşdirə bilərsiniz.
Ola bilər ki, siz fayllarınızı onlayn platformalarda saxlayırsınız. Bu zaman daha aşağı tutumlu yaddaş seçimləri sizin üçün kifayətdir. Gündəlik işlər üçün noutbukdan istifadə edən və daim onu üzərində daşıyan istifadəçilər üçün isə biz yüngül və balaca noutbukları tövsiyə edirik. Seçim zamanı bütün bu detalları nəzərə alsanız, hansı noutbuka ehtiyacınız olduğunu daha asan müəyyən edə bilərsiniz. Asus noutbuk modelləri ilə vau.az saytından tanış ola bilərsiniz. Bəyəndiyiniz məhsulu onlayn sifariş edərək əldə edə bilərsiniz.