Ütülər Vau.az saytında
Ütülər evdə tez-tez istifadə edilən elektrik cihazlarından biridir. Geyimlərin və digər əşyaların şıq görünməsi ütünün keyfiyyətindən asılıdır. Həmçinin doğru seçilmiş ütülər geyimləri korlamadan ütüləməyə imkan yaradır. Düzgün seçilmiş ütü ən çətin geyim və əşyaların ütülənməsini belə asanlaşdırır. Ütülərin qiyməti müxtəlif aralıqlarda dəyişir. Burada qiymət onun funksiyalarına görə təyin olunur. Ütü istehsalı ilə məşğul olan brendlər elektrik cihazının istifadəçiyə yaratdığı imkanlara, əsasən qiymət təyin edilər.
Ütülər evdə tez-tez istifadə edilən elektrik cihazlarından biridir. Geyimlərin və digər əşyaların şıq görünməsi ütünün keyfiyyətindən asılıdır. Həmçinin doğru seçilmiş ütülər geyimləri korlamadan ütüləməyə imkan yaradır. Düzgün seçilmiş ütü ən çətin geyim və əşyaların ütülənməsini belə asanlaşdırır. Ütülərin qiyməti müxtəlif aralıqlarda dəyişir. Burada qiymət onun funksiyalarına görə təyin olunur. Ütü istehsalı ilə məşğul olan brendlər elektrik cihazının istifadəçiyə yaratdığı imkanlara, əsasən qiymət təyin edilər. Ütü qiyməti təyin edilərkn onun Vatt gücü, buxar gücü, səthlərə uyğunlaşması kimi amillər nəzərə alınır.
Vau.az saytında istənilən büdcəyə uyğun ütülər satılır. Alıcılar bəyəndikləri modeli sınaqdan keçirərək əldə edə bilərlər.
Ütü alarkən nələrə diqqət etmək lazımdır?
Ütü seçimi olduqca çətin prosesdir. Tez-tez yenilənən modellər, əlavə edilən funksiyalar alıcılarda qərarsızlıq yaradır. Ən yaxşı ütü hansıdır sualı da demək olar ki, daim qarşılaşdığımız suallardan biridir. Ən yaxşı ütü sizin ehtiyaclarınızı ödəyən cihazdır. Buradakı funksiyalar tamamilə sizin öz seçiminizdən asılıdır.
Ütü seçərkən diqqət etməli olduğunu ən vacib məqamlar bunlardır:
Ütünün Vatt gücü
Alınacaq ütünün Vatt gücü kifayət qədər yüksək olmalıdır ki, geyimlərinizə və digər əşyalara təsir etsin və hamarlıq verə bilsin. Məsələn, Vatt gücü 2000-dən çox olan ütülər yaxşı təsir yaradır və məhsulların yaxşı açılmasına və səliqəli görüntünün yaradılmasına kömək edir. Ütülərin qiyməti bölməsinə diqqət etsəniz, Vatt gücü yüksək olan ütülərin nisbətən baha olmasını görə bilərsiniz.
Ütü altlığı
Digər bir önəmli faktor ütünün altlığıdır. Ütünüzün altlığı mümkün qədər möhkəm olmalıdır. Əgər seçə bilsəniz, keramika altlığı olan ütülərə üstünlük verməyiniz məsləhətdir. Başqa bir seçim olan polad ütülər əvəzinə keramika altlıq seçsəniz, parçanın bir az da yanma riskinin qarşısını almış olarsınız. Bu şəkildə geyimlərin zədələnməsinin və sararmasının qarşısını ala biləcəksiniz. Parçalara yapışmayacaq ütü seçməlisiniz. Ütü altlığında yerləşən məsamələr də vacibdir, çünki bu məsamələr ütünün gücünə uyğun olaraq lazımi buxar çıxışı təmin edir. Həssas geyimlər üçün əlavə xüsusi altlığı olan ütülər də mövcuddur. Onlar da işinizi asanlaşdırmaqda sizə kömək edəcək.
Ütü Buxar gücü
Ütü alarkən onun buxarlı olub-olmadığını yoxlamaq vacibdir. Bu məsələyə xüsusi diqqət etmək lazımdır. Hər nə qədər şəxsi seçim məsələsi olsa da, yüksək buxar gücünə malik ütülər əşyaları və geyimləri daha asan ütüləməyimizə kömək edir. Ütülərin buxar gücü nə qədər aşağı olarsa, əşyalara təsiri bir o qədər az olur. Bu da ütünün təsirini və səmərəliliyini azaldır. Bu səbəbdən bir ütü seçərkən buxar ütülərinə üstünlük verməyiniz tövsiyə olunur. Yüksək buxar gücünə malik ütülər sayəsində qırışlar minimuma endirilir və ən yaxşı nəticə əldə edilir. Qırışların açılması çətin olan geyimlərdə yüksək buxar gücünə malik ütülər daha asan və yaxşı nəticə əldə etməyə imkan verir. Ütü qiyməti təyin olunarkən buxar gücü nəzərə alınan faktorlardan biridir.
Ütü İstiliyinin avtomatik tənzimlənməsi
Ütü seçimində təsirli olan digər bir xüsusiyyət avtomatik istilik tənzimləməsidir. Məsələn, pambıq geyimi ütüləyəcəksinizsə, pambıq parçanın zədələnməyəcəyi bir temperaturda ütüləyə bilməlisiniz. Eyni şəkildə məsələn, yun parça ütüləyəcəksinizsə, ütünüzün o temperatura uyğun işləyə biləcəyini yoxlayın. Avtomatik istilik tənzimlənməsinə sahib ütülər hər geyimi zədələmədən ütüləməyə imkan verdiyi üçün olduqca əlverişli hesab edilir.
Yuxarda qeyd olunan faktorları nəzərə alaraq siz özünüz üçün ən yaxşı ütünü seçə bilərsiniz. Ütü qiyməti sizi maraqlandırırsa, vau.az saytına daxil olaraq tanış ola bilərsiniz. Mağazamızda Bosch, Panasonic, Tefal, Philips, Rowenta, BRAUN, Scarlett, Polaris brendlərinin məhsulları yer alır. Ütü satışı ilə maraqlanırsızsa bizə müraciət edin.