Tozsoranlar Vau.az Saytında!
Tozsoranlar yaşadığımız bütün məkanlarda təmizliyin qorunmasına xidmət edən texnoloji avadanlıqlardır. İnsanların olduğu istənilən məkanda havanın təmiz olması, döşəmə və əşyalarda tozun olmaması gigiyena baxımından ən çox diqqət edilən məsələdir. Tozsoranlar bu işdə hər kəsin ən yaxın dostudur deyə bilərik. Doğru seçilmiş tozsoran ev və ya ofisdə ən xırda toz zərrəciklərinin belə təmizlənməsini təmin edir. Tozsoran qiymətləri də məhz onun funksionallığına və gücünə, əsasən təyin olunur.
Tozsoranlar yaşadığımız bütün məkanlarda təmizliyin qorunmasına xidmət edən texnoloji avadanlıqlardır. İnsanların olduğu istənilən məkanda havanın təmiz olması, döşəmə və əşyalarda tozun olmaması gigiyena baxımından ən çox diqqət edilən məsələdir. Tozsoranlar bu işdə hər kəsin ən yaxın dostudur deyə bilərik. Doğru seçilmiş tozsoran ev və ya ofisdə ən xırda toz zərrəciklərinin belə təmizlənməsini təmin edir. Tozsoran qiymətləri də məhz onun funksionallığına və gücünə, əsasən təyin olunur. Tozsoran istehsalçıları olduqca çoxdur və hər gün yeni bir model ilə alıcılara fərqli imkanlar təklif edirlər. Dünyanın tanınmış istehsalçılarına məxsus modelləri vau.az saytına daxil olaraq nəzərdən keçirə bilərsiniz. Burada ən çox axtarılanlar arasında yer alan samsung tozsoranlar və digər modellər yer alır. Bütün məhsullar orijinal və keyfiyyətlidir. Alıcılara müxtəlif ödəmə imkanları və zəmanət şərtləri ilə təklif olunur. Bəyəndiyiniz məhsulu onlayn formada vau.az saytından əldə edə bilərsiniz.
Tozsoran alarkən nələrə diqqət etmək lazımdır?
Çox zaman alıcılar Ən yaxşı tozsoran hansıdır? sualını bizə ünvanlayırlar. Hansı texnoloji məhsulu və ya ev avadanlığını almağınızdan asılı olmayaraq onu bilməlisiniz ki, sizin üçün ən yaxşısı ehtiyaclarınızı qarşılayacaq cihazdır. İstehsalçılar olduqca fərqli və çox keyfiyyətli məhsullar hazırlayırlar. Onlardan özünüzə ən uyğun olanını seçmək işinizi asanlaşdırar. Tozsoran alarkən aşağıdakılar nəzərə alınmalıdır:
Tozsoran Vatt gücü
Tozsoranın Vatt gücü tez-tez qarışıq salınan məsələlərdən biridir. Vatt gücü tozsoranın tozları sorma gücünü yox, motor gücünü göstərir. Vatt gücü önəmli məqamdır, amma onu tozun alınması ilə müqayisə etmək doğru deyil. Tozun alınması tozsoranın sorma gücü ilə əlaqədardır.
Tozsorandan Asan istifadə
Hansı növ tozsoran alsanız da, istifadəsinin asan olması arzu ediləndir. Mövcud tozsoranınızda nəyi bəyənmədiyinizi müəyyən etmək növbəti məhsul seçimi üçün nələrə diqqət etməli olduğunuzu aydınlaşdıra bilər. Yeni tozsoran alarkən məhsulun çəkisinə görə dəyişə biləcək üstünlükləri (şaquli və ya silindrli və s.) əvvəlcədən təyin etmək faydalıdır. Əlavə olaraq məhsulu seçən zaman sizi yormayacaq yüksək manevr qabiliyyətli məhsullara üstünlük versəniz, mebel ətrafında istifadə etmək daha asan olacaq və bu sizi daha az yoracaq. Son illər istehsal edilmiş samsung tozsoranlar istifadəsinin rahatlığı ilə alıcıların xüsusi diqqətini çəkir.
Tozsoranın Səssizlik dərəcəsi
Səs səviyyəsi də nəzərə alınmalı olan amillərdən biridir. Bəzi tozsoranların səs səviyyələri çox yüksəkdir, buna görə də ən azından təmizlik zamanı telefonun və ya qapının səsini eşidə biləcək səviyyəyə sahib tozsoranlar seçilməlidir. Konkret bir misal gətirmək üçün standart bir tozsoranın səs səviyyəsi 78 desibeldir, ən səssizi isə 68 desibeldir, bu normal nitq səviyyəsidir. Səs-küyün hər 3 desibel üçün ikiqat artdığını nəzərə alsaq, 68 ilə 78 desibel arasında ciddi fərq var. Tozsoran qiymətləri müqayisə olunarkən səs səviyyəsinin burada mühüm rol oynadığını görə bilərik.
Tozsoranda Toz silindirinin forması
Son illərdə torbasız və su filtrli tozsoranlar toz torbalı modellər daha çox diqqət çəkir. Bununla belə toz torbalı modellər populyarlığını qoruyub saxlayır. Həmin modellərdən sonra toz torbalı yeni nəsil tozsoranların əksəriyyətinin hava çıxışında sulu və torbasız modellər kimi atılan toz miqdarını azaldan müəyyən filtrlər yerləşdirilməyə başladı. Bu da onların satış həcminin azalmamasına səbəb oldu. Beləliklə, toz toplayıcı hissənin necə olması tamamilə sizin seçimlərinizdən asılıdır. Özünüzə rahat gələn üsulu seçə bilərsiniz.
Tozsoran Fırçaları
Xalça və döşəmələr üçün fərqi fırça başlıqlarının olmasına diqqət edin. Hər bir səthin dərindən təmizlənməsi üçün bu çox vacibdir. Fərqli fırça başlıqları tozların arzu edildiyi kimi dərindən təmizlənməsində xüusi rol oynayır.