Televizorlar Vau.az-da satılır!
Televizorlar texnoloji avadanlıqlar arasında ən sürətlə inkişaf edənlərdən biridir. Hər gün yenilənən imkanları və artan tələbatı fərqli növ televizorların texnoloji avadanlıqlar arasında payının artmasına səbəb olur. Televizor satışı ilə məşğul olan şirkətlər yeni istehsal olunmuş cihazlarda piksel, ekran ölçüsü, rəng kimi funksiyaları daha da inkişaf etdirərək istənilən film və proqramları ən yüksək reallıq dərəcəsində izləməyə imkan yaradır.
Televizorlar texnoloji avadanlıqlar arasında ən sürətlə inkişaf edənlərdən biridir. Hər gün yenilənən imkanları və artan tələbatı fərqli növ televizorların texnoloji avadanlıqlar arasında payının artmasına səbəb olur. Televizor satışı ilə məşğul olan şirkətlər yeni istehsal olunmuş cihazlarda piksel, ekran ölçüsü, rəng kimi funksiyaları daha da inkişaf etdirərək istənilən film və proqramları ən yüksək reallıq dərəcəsində izləməyə imkan yaradır. Əvvəlki istehsal seriyaları ilə müqayisədə yeni televizorlar daha geniş imkanlar yaradır. Onlardan biri internetə qoşulma özəlliyidir. İnternet bağlantısı imkanı sayəsində baxa biləcəyiniz film və proqramların sayı limitsiz həddə çatıb. Həmçinin bu televizorlar telefonlara qoşulmaq funksiyasına da sahibdir. vau.az saytında siz istənilən özəlliklərə sahib Samsung, Sony, HAIER, LG, Panasonic, Skyworth, NIKAI, DENN, YOSHIRO, TOSHIBA brendlərinə məxsus televizorlar tapa bilərsiniz.
Televizor seçimi edərkən hansı funksiyalara diqqət etmək lazımdır?
Televizor satışı zamanı əldə etdiyimiz təcrübəyə əsaslanaraq seçim zamanı diqqət etməli olduğunuz bəzi özəlliklərə nəzər yetirək.
- Televizor alarkən diqqət etməli olduğunuz ən vacib nüans onun görüntü keyfiyyətidir. Full HD televizorlar görüntü keyfiyyəti ilə fərqlənən modellər arasındadır. Görüntünü daha canlı və rəngli təqdim edən modellərdən biri də son illərin istehsalı olan 3D televizor modelləridir.
- Televizorlar satışı zamanı müştərilərdən aldığımız ən məşhur suallardan biri cihazın otağın ölçüsünə uyğunluğudur. İstər göz sağlamlığı, istərsə də otağın ümumi görüntüsü baxımından bu nüans olduqca vacibdir. Normal ölçülərə malik otaqlar üçün üstünlük verilən model 82 ekran TV modelləridir. Əgər televizoru yerləşdircəyiniz otağın ölçüsü daha böyükdürsə, 102 ekran modelini seçə bilərsiniz.
- Bu iki seçimi etdikdən sonra digər özəlliklər sizin seçimlərdinizdən asılıdır. LED, QLED, OLED kimi fərqli ekranlara sahib televizorlar təqdim olunur. Onların hər biri öz yüksək görüntü keyfiyyəti ilə fərqlənir. Televizor qiymətləridə bu özəlliklərə uyğun dəyişir.
Vau.az saytına daxil olaraq siz televizorlar satışı qiymətləri və modelləri ilə tanış ola bilərsiniz. Burada sizlərə Samsung, Sony, HAIER, LG, Panasonic, Skyworth, NIKAI, DENN, YOSHIRO, TOSHIBA brendlərinə məxsus modellər təklif olunur.
Yeni televizorlar hansı imkanları təklif edir?
Yeni televizorlar üstün funksiyaları ilə seçilir. Həmin funksiyalar arasında ən çox yayılanı smart TV özəlliyidir. Smart TV dedikdə internetə bağlana bilən televizor modelləri nəzərdə tutulur. Bu modellərdə televizorun daxilində müəyyən tətbiqlər mövcud olur, siz həmçinin onlardan da istifadə edə bilirsiniz. Smart TV-nin bir üst səviyyəsi idə Android TV hesab olunur. Android TV-nin əsas üstünlüyü telefonlardakı kimi Google Play mağazasının mövcudluğudur. İstədiyiniz tətbiqi yükləyərək istifadə edə bilərsiniz. Bu televizorlar funksiyalarının çox olmasına baxmayaraq asan istifadə imkanlarına sahibdir. Televizor qiymətimüqayisəsinə baxdıqda Smart Tv-nin Android TV ilə müqayisədə daha münasib olduğunu görürük. Buna görə də Smart TV daha çox seçim edilənlər arasındadır. Android Tv-nin geniş imkanları onun daha qısa müddət istifadə olunmasına səbəb olur. Yüklənən və istifadə edilən tətbiqlərin sayı artdıqca televizorda öz-özünə qapanma və donmalar müşahidə oluna bilir. Smart TV isə daha uzunmüddətli istifadəyə imkan verir.
Yeni televizorları fərqləndirən digər cəhət LED işıqlarıdır. LED televizorlar güclü işıqlandırma xüsusiyyətləri ilə hər mühitdə keyfiyyətli görüntü imkanı yaradır. LED televizorlarının özünün də iki rəqib növü var. Samsung QLED TV və LG OLED TV. QLED TV LED işığını kvant nöqtəli rəng filtrlərindən ötürərək təmiz rəng yaradan kvant nöqtə texnologiyasından istifadə edir. OLED texnologiyası rəng yaratmaq üçün işıq mənbəyi kimi üzvi LED istifadə edir.
Bütün qeyd olunan xüsusiyyətlərə sahib modellər vau.az saytında yer alır. Sayta daxil olaraq televizor qiymətləriilə tanış ola bilərsiniz.