Televizor qiymətləri - Nəzərə Alınmalı Məqamlar
Televizor qiymətləri hər modelə və brendə görə dəyişir. Onların təklif etdiyi imkanlara, əsasən qiymətlər arasında kəskin fərqlər görmək mümkündür. Xüsusilə, son illərdə istifadəyə verilən yeni televizorlar bazara yeni qiymət dalğasını da özü ilə gətirdi deyə bilərik. Bəzən televizorlar üçün təyin edilmiş qiymət sizə çox yüksək gələ bilər.
Televizor qiymətləri hər modelə və brendə görə dəyişir. Onların təklif etdiyi imkanlara, əsasən qiymətlər arasında kəskin fərqlər görmək mümkündür. Xüsusilə, son illərdə istifadəyə verilən yeni televizorlar bazara yeni qiymət dalğasını da özü ilə gətirdi deyə bilərik. Bəzən televizorlar üçün təyin edilmiş qiymət sizə çox yüksək gələ bilər. Unutmamaq lazımdır ki, qiymətin yüksək olması onun üstün funksiyalarından xəbər verir. Burada siz büdcənizə uyğun televizoru seçmək üçün sadəcə özünüz üçün vacib olan özəllikləri təyin etməlisiniz:
- Televizorun ölçüsü nə qədər olmalıdır?
- Hansı brendə üstünlük verirsiniz?
- Hansı növ internet bağlantısı sizin üçün vacibdir?
- Necə keyfiyyətdə görüntü sizi qane edir?
- Büdcəniz nə qədərdir?
- Modelin yeni olması önəmlidirmi?
Televizor qiymətləri ilə maraqlanmadan öncə bu sualları özünüzə verin və təqribi cavabları qeyd edin. Həmçinin telvizorlarla bağlı bəzi terminləri araşdırmaq sizin üçün faydalı olacaq. Məsələn, LED nədir? QLED nədir? OLED nədir? QLED və OLED arasındakı fərq nədir? 4K TV və Curved TV dedikdə nə başa düşülür?
Kiçik bir araşdırmadan sonra sizdə televizorlar haqqında yeni fikirlər yaranacaq. Artıq nə istədiyinizi müəyyən etmək daha asan olacaq. Bütün bunları öyrəndikdən sonra vau.az saytına daxil olaraq fərqli istehsalçılar üzrə axtarış edə bilərsiniz. Saytımızda Samsung, Sony, HAIER, LG, Panasonic, Skyworth, NIKAI, DENN, YOSHIRO, TOSHIBA brendlərinin geniş çeşiddə məhsulları yer alır. Onların hər biri orijinaldır və yüksək keyfiyyətə zəmanət verir. Siz bəyəndiyiniz modeli nağd, hissə-hissə ödəmə, kredit şərtləri ilə asanlıqla əldə edə bilərsiniz. Seçiminizi etdikdən sonra əməkdaşlarımız avadanlığın çatdırılmasını və quraşdırılmasını həyata keçirəcək. Həmçinin sizə məhsul haqqında ətraflı məlumat verəcəklər.
Televizorlar qiymətləri nəyə görə müəyyən olunur?
Televizor qiymətləri fərqli xüsusiyyətlərinə və dizaynına görə dəyişir. Son illərdə istehsal olunan televizorların qalınlığı əvvəlki illərlə nisbətdə dəfələrlə azdır. Bu dəyişiklik özünü televizor qiymətlərində də göstərir.
Qiymət dəyişikliyinin daha bir səbəbi televizorun modelidir. Eyni brendə məxsus 3K və 4K modelləri arasında qiymət fərqləri ilk baxışdan gözə çarpır. Hətta siz onların xüsusiyyətlərinə baxdığınız zaman ikisinin də eyni olduğunu düşünə bilərsiniz. Lakin xüsusiyyətlərində olan xırda dəyişikliklər bu modellər arasında qiymət fərqinin olmasına gətirib çıxarır.
Televizorun ölçüsü də qiymətə təsir edən amillər arasındadır. Ölçüsü balaca televizor qiymətiilə böyük olanı müqayisə etsəniz, aralarında kifayət qədər məbləğ fərqini görəcəksiniz. Televizorun ölçüsü birbaşa onun yerləşdiriləcəyi məkanın genişliyi ilə əlaqədardır. Kiçik məkanlarda böyük televizorları yerləşdirmək yalnız interyerin görüntüsünü pozmur, həm də göz sağlamlığı üçün təhlükə yaradır.
Televizor satışı ilə məşğul olan brendlərin təklif etdiyi digər xüsusiyətlərdən biri də Smart Tv funksiyasıdır. Bu funksiya internetə bağlanma imkanı yaradır və beləliklə siz limitsiz onlayn resurslar əldə edirsiniz. Smart TV funksiyası həmçinin televizor satışı qiymətinə təsir edir. Bu funksiyaya sahib televizorlar həmçinin görüntünün təmizliyi ilə seçilir.
Bunlardan əlavə televizoru təşkil edən hissələrin keyfiyyəti də qiymətə təsir edən amillərdən biridir. Televizor qiyməti sizə bir qədər baha görünə bilər, lakin yeni televizorlar artıq evdə sinema ab-havası yaradır. Sanki evinizdə şəxsi sinema qurmuş olursunuz. Bundan əlavə sizin izləyəcəyiniz film və proqramların sayı limitsizdir. Dünyanın istənilən yerində yayımlanan verilişləri izləmək şansı əldə edirsiniz. Yeni televizorlar həmçinin müxtəlif oyunları yükləmək imkanı təklif edir. Müştərilərin ən sevdiyi xüsusiyyət elə budur demək olar. Böyük və yüksək keyfiyyətli ekranda istədiyiniz oyunları oynamaq zövq verir. vau.az saytında televizor qiyməti filtrini verərək siz büdcənizə uyğun televizor modelini əldə edə bilərsiniz.