Soyuducular Vau.az-da!
Soyuducular nəinki mətbəximizdə, hətta həyatımızda çox önəmli yerə sahibdir. Sağlamlığımızda böyük rol oynayan qidaların keyfiyyətli formada saxlanılması soyuducuların funksionallığından asılıdır. Yaşadığımız dönəmdə soyuducular qidaları dondurmaqla yanaşı, onları təzə və daha uzun müddət saxlamaq, enerjiyə qənaət etmək, internetə qoşulmaq kimi fərqli xüsusiyyətlərə malikdir. Soyuducu qiymətləri onların təklif etdiyi funksiyalara və digər meyarlara görə dəyişir. Siz tələb edilən ən vacib funksiyalara sahib ucuz soyuducular tapa bilərsiniz.
Soyuducular nəinki mətbəximizdə, hətta həyatımızda çox önəmli yerə sahibdir. Sağlamlığımızda böyük rol oynayan qidaların keyfiyyətli formada saxlanılması soyuducuların funksionallığından asılıdır. Yaşadığımız dönəmdə soyuducular qidaları dondurmaqla yanaşı, onları təzə və daha uzun müddət saxlamaq, enerjiyə qənaət etmək, internetə qoşulmaq kimi fərqli xüsusiyyətlərə malikdir. Soyuducu qiymətləri onların təklif etdiyi funksiyalara və digər meyarlara görə dəyişir. Siz tələb edilən ən vacib funksiyalara sahib ucuz soyuducular tapa bilərsiniz. vau.az saytında dünya brendlərindən geniş çeşiddə yüzlərlə növ münasib qiymətlərə malik soyuducular satılır.
vau.az ev, ofis və restoranlar üçün ən uyğun soyuducu satışı həyata keçirir.
Sizə uyğun soyuducular hansılardır?
Soyuducular bir-birindən istər dizaynına, istərsə də təklif etdiyi xüsusiyyətlərə görə dəyişir. Soyuducular qiyməti ilə də bir-birindən fərqlənirlər. Seçim edərkən bəzi məsələləri dəqiqləşdirsəniz, sizə lazım olan avadanlığı daha tez və uyğun qiymətə tapa bilərsiniz. İlk öncə sizin üçün vacib olan funksiyaları müəyyən etməlisiniz. Funksiyalar arasında enerjiyə qənaət etməsi daha çox üstünlük verilən nüanslardandır. Ucuz soyuducular axtaranlar üçün də qənaət baxımından enerji sərfiyyatı funksiyası xüsusi əhəmiyyət daşıyır. Daha sonra aşağıda suallar sizə lazım olan avadanlığı seçməkdə işinizi asanlaşdıracaq.
Soyuducu üçün ayrılan məkanın ölçüləri hansı aralıqda dəyişir?
Soyuducunu yerləşdirəcəyiniz məkanın ölçülərini təyin etməlisiniz. Soyuducuların hündürlüyü 85-200 sm, eni 50-90 sm, dərinliyi isə 60-65 sm ölçüləri arasında dəyişir. Məkan ensizdirsə, biz nazik qapılı, geniş və alçaqdırsa enli və hündürlüyü az olan avadanlıq seçməyinizi tövsiyə edirik. Düzgün seçimlə siz estetik cəhətdən gözəl interyer və geniş məkan yarada bilərsiniz.
Avadanlığı yerləşdirəcəyiniz məkan genişdirsə, ikiqapılı böyük soyuducu seçimi sizə uyğun ola bilər.
Sizə lazım olan soyuducu tutumluluğu nə qədərdir?
Soyuducu seçərkən diqqət edəcəyiniz digər məqam onun həcmidir. Geniş ailələr üçün adətən ikiqapılı böyük soyuducular təklif edilir. Tək yaşayan və ya kiçik ailələr üçün isə orta tutumlu soyuducular kifayətdir. Soyuducunun tutumu litr ilə ölçülür. 1-2 nəfər üçün 200-400 litr, 3-4 nəfər üçün 450-600 litr, 5-dən yuxarı say üçün 700 litrlik avadanlıq tövsiyə olunur. Ofislər üçün isə mini soyuducular daha kompakt və əlverişli hesab olunur.
Soyuducuda dondurucu kameranın harada yerləşməsi sizin üçün əlverişlidir?
Son zamanlar soyuducu cihazlarında təklif edilən yeniliklərdən biri də dondurucu kameranın aşağıda yerləşməsidir. Soyuducu satışı ilə məşğul olan şirkətlərin hər biri artıq dondurucu bölmənin aşağıda yerləşdiyi soyuducular satır.
Avadanlıq seçimi etməzdən əvvəl sizin üçün hansı formanın daha uyğun olduğunu müəyyən etməlisiniz. Əgər hazır yeməklərlə qidalanırsınızsa, bu o deməkdir ki, siz dondurucu kameradan daha çox istifadə edəcəksiniz. Belə halda onun yuxarıda yerləşməsi daha əlverişlidir. Əksinə, yeməkləri özünüz hazırlamağa üstünlük verirsinizsə, sizə dondurucu kamera sadəcə vacib ərzaqları yerləşdirmək üçün lazım olacaq. Bu zaman dondurucunun aşağıda olduğu soyuducular sizin üçün daha uyğun olacaq. Dondurucu kameranın bir, yaxud daha çox hissədən ibarət növləri də var. Özünüzə daha rahat variantı seçməyiniz mətbəxdə işinizi asanlaşdırar.
No frost soyuducu nədir?
Soyuducu seçərkən tez-tez no frost sisteminin adını eşidəcəksiniz. No frost yeni növ soyuducularda dondurucu kameraların özəlliyidir. Bu xüsusiyyətə sahib avadanlıqlarda kamerada ventilyasiya sistemi mövcuddur və onun sayəsində hava daim sirkulyasiya edir. Nəticədə dondurucu kamerada buz yaranmır, lakin ərzaqlar donur. No frost texnologiyasına sahib avadanlıqlar ən yaxşı soyuducular hesab olunur. Rahatlığınız üçün no frost funksiyasına sahib avadanlığı seçməyinizi tövsiyə edirik.
Dijital soyuducuların özəlliyi nədir?
Ən son avadanlıqlarda gözəçarpan özəlliklərdən biri dijital funsionallığın olmasıdır. Bu funskiya sizə soyuducunu vifi vasitəsilə tablet və ya telefona qoşmaq imkanı yaradır. Beləliklə, siz harada olmağınızdan asılı olmayaraq soyuducunuzda hansı qidaların olduğuna telefonunuzdan baxa bilərsiniz. Həmçinin mövcud ərzaqlarla hazırlaya biləcəyiniz fərqli reseptlər tapa bilərsiniz. Burada müxtəlif fotolar və qeydlər də yerləşdirmək mümkündür. Əgər işgüzar həyat tərziniz varsa, dijital funksiyalı avadanlıqlar sizin üçün ən yaxşı soyuducular ola bilər.
Vau.az saytında kreditlə soyuducular müxtəlif qiymət və zəmanət şərtləri ilə təklif olunur. İstədiyiniz özəllikləri müəyyənləşdirdikdən sonra siz vau.az saytında soyuducular bölməsindən Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA brendlərinə məxsus avadanlıq seçiminizi edə bilərsiniz. Siz seçiminizi tamamladıqdan sonra əməkdaşlarımız quraşdırma xidməti üçün qeyd etdiyiniz ünvana yaxınlaşacaqlar. Soyuducularbölməsinə keçid edin.