Soyuducu satışı Vau.az-da!
Soyuducu satışı daha çox rəsmi distribüterlər tərəfindən təşkil olunur. Distribüterlər brendin orijinal məhsulların satışı ilə məşğul olur. Bu səbəbdən məhsullarn keyfiyyət və zəmanətinə görə narahat olmağınıza dəyməz. vau.az saytı da orijinal soyuducu satışı ilə məşğuldur. Saytımızda siz dünya brendlərindən olan ən yaxşı soyuducular ilə tanış ola bilərsiniz. Burada Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA brendlərinin istehsal etdiyi hər növ soyuducu modellərini tapmaq mümkündür. vau.az sizə kreditlə soyuducular təklif edir. Əgər bəyəndiyiniz soyuducu büdcənizi aşırsa, bu təklifdən faydalana bilərsiniz. Əgər sizin üçün üstün funksiyalı və yeni model soyuducu olması xüsusi əhəmiyyət daşımırsa və sadəcə keyfiyyətli avadanlıq axtarışındasınızsa, o zaman ucuz soyuducular üzrə axtarış etməyinizi tövsiyə edirik.
vau.az hansı növ soyuducu satışı ilə məşğuldur?
İstənilən növ soyuducu modelini vau.az saytında tapa bilərsiniz. Burada ən yeni 4 qapılı soyuducu növlərindən balaca soyuducu növlərinə qədər bütün məhsul çeşidləri yer alır. Soyuducu satışı onlayn mağazamızda bu brendlərin məhsullarını əhatə edir: Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA
Son illər soyuducular artıq insanlara üst səviyyədə imkanlar təklif edir. Yeni imkanlar soyuducu qiymətləri müəyyən olunarkən təsir edən amillərdən biridir. Yeni növ soyuducular insanlara yüksək həyat imkanları təklif edir. Bu yeniliklər arasında dijital funksiyalar da yer alır. Həmin funksiyaya sahib soyuducular internetə bağlanma imkanı nəticəsində istənilən məsafədən soyuducunun içərisinə baxmağa şərait yaradır. Beləliklə, siz “Görəsən evdə filan ərzaq var idi?” sualından azad olursunuz. Yeni funksiyalar arasında alarm qoşmaq, qeyd aparmaq, musiqi də yer alır. Sanki siz bir əşya əldə etmir, mətbəx dostu qazanırsınız.
Daha sonra siz mağazamızda A sinif soyuducular ilə tanış ola bilərsiniz. Bu soyuducuların əsas özəlliyi enerji sərfiyyatına qənaət etməsidir. Sinfin daxilində də növləri var: A, A+, A++, A+++. Ən sərfəli növü A+++ modelidir. A sinfinə aid soyuducular illik 550 kVatt enerji sərf edir, A+++ sinfinə aid modellər isə illik orta hesabla 280 kVatt enerji sərfiyyatına malikdir.
Yeni soyuducular arasında no frost əritmə sistemi də xüsusilə fərqlənir. Bu sistemə sahib soyuducuların dondurucu kamerasında ventilyasiya sistemi yerləşir və nəticədə daim hava sirkulyasiyası gedir. Buna görə də dondurucu kamerada buz yaranmır, ancaq qidalar donmuş vəziyyətdə olur. Bu yenilik insanları müəyyən vaxtdan bir dondurucu kameranı buzlardan təmizləmək işindən xilas edir. No frost sisteminə sahib avadanlıqlar ən yaxşı soyuducular hesab olunur. vau.az saytı bütün bu xüsusiyyətlərə sahib geniş çeşiddə soyuducu satır.
Soyuducular necə təmizlənməlidir?
Soyuducu satışı ilə məşğul şirkətlərin məsuliyyətlərindən biri də alıcılara soyuducunun təmizlənməsi haqqında məlumatlandırmaqdır. Hər gün istifadə olunan bu avadanlıqlar tez-tez çirklənir. Onları düzgün təmizləmək sağlamlığınız üçün vacibdir. İstər böyük avadanlıqlar olsun, istərsə də mini soyuducular. Hər birinin təmizlənməsinə xüsusi diqqət etmək lazımdır.
- Soyuducular təmizlənməzdən əvvəl riski aradan qaldırmaq üçün cihaz mütləq şəbəkədən ayrılmalıdır.
- Soyuducunun daxili səthini və rəflərini təmizləyərkən sirkə istifadə edə bilərsiniz. 1 litr suya 1 xörək qaşığı sirkə tökmək kifayətdir. Soyuducunun içini hazırladığınız sulu məhlulla silə və sonra qurulamaq lazımdır.
- Həmçinin təmizlik zamanı sodadan istifadə edə bilərsiniz. Soda soyuducuda yaranacaq pis qoxuların və bakteriyaların yaranmasının qarşısını alır.
- Aldığınız meyvə və tərəvəzləri birbaşa soyuducuya qoymaq tövsiyə edilmir. Yaxşı olar ki, onları yuyub qurudaraq fərqli saxlama qabında soyuducuya yerləşdirəsiniz. Beləliklə, qidaların paketlərindəki çirk və bakteriyaların kabinetdəki digər qidalarla çirklənməsinin qarşısı alınır.
- Soyuducunun təmizlənməsi yalnız daxili səthlərdən ibarət deyil. Xarici səthi və ayrılan hissələri də mütəmadi olaraq təmizlənməlidir. Xarici səthi təmizləyərkən sərt kimyəvi məhlullardan çəkinmək lazımdır. Eyni zamanda xarici səthdə heç bir kimyəvi qalığın qalmaması üçün quru bir parça ilə yaxşıca qurudulmalıdır.