Soyuducu qiymətləri - Vau.az Sərfəlidir
Soyuducu qiymətləri olduqca fərqli aralıqlarda dəyişir. Çox zaman müştərilər qiymətlə keyfiyyəti müqayisə edirlər. Soyuducuların qiyməti keyfiyyətinə görə deyil fərqli amillərə görə dəyişir. Qiymətə təsir edən bir çox amillər var. Məsələn, həcmi, modeli, brend, dizayn və s. Soyuducu qiymətləri haqqında ümumi məlumat əldə etmək üçün vau.az saytına daxil ola bilərsiniz. Burada dünyanın müxtəlif brendlərindən hər qiymətə soyuducu satışı həyata keçirilir.
Soyuducu qiymətləri olduqca fərqli aralıqlarda dəyişir. Çox zaman müştərilər qiymətlə keyfiyyəti müqayisə edirlər. Soyuducuların qiyməti keyfiyyətinə görə deyil fərqli amillərə görə dəyişir. Qiymətə təsir edən bir çox amillər var. Məsələn, həcmi, modeli, brend, dizayn və s. Soyuducu qiymətləri haqqında ümumi məlumat əldə etmək üçün vau.az saytına daxil ola bilərsiniz. Burada dünyanın müxtəlif brendlərindən hər qiymətə soyuducu satışı həyata keçirilir.
Soyuducu qiymətləri, əsasən aşağıdakı xüsusiyyətlərə görə dəyişir:
- İlk öncə onu nəzərə alın ki, sizin alacağınız soyuducunun qiyməti istəklərinizdən və kriteriyalarınızdan asılıdır. İşdə olarkən soyuducuda hansı ərzaqların olduğuna baxmaq istəyirsinizsə, bir qədər bahalı qiymətə razılaşmalı olacaqsınız. Yox sadəcə qidaları xarab olmadan saxlanılmasını istəyirsinizsə, ucuz soyuducular tapa bilərsiniz. Yəni, sizin soyuducudan olan gözləntinizə uyğun o da sizə qiymət təklifi edir.
- Soyuducu qiymətləri həm də onun həcminə görə dəyişir. Balaca soyuducular daha sərfəli qiymətə təklif olunur, böyük soyuduculara baxdıqda isə qiymətlərin daha yüksək olduğunu görə bilərsiniz. Son zamanlar 4 qapılı soyuducu satışı kifayət qədər diqqət çəkir. Uzunmüddətli bazarlıq edən və ya geniş ailələr üçün bu seçim daha əlverişli hesab olunur.
- Qiymətə təsir edən digər amil soyuducunun modelidir. Siz bir modelin qiymətini müəyyən müddət izləsəniz, onda qiymət dəyişikliyi müşahidə edərsiniz. Bu o deməkdir ki, həmin modelin aid olduğu brend artıq bir üst model istehsal edib. Yeni model artıq müəyyən xüsusiyyətlərə görə fərqləndiyi üçün onun qiyməti daha yüksək olacaq.
- İstehsal ili də qiyməti dəyişən faktorlara aiddir. Ən yaxşı soyuducular köhnə istehsal ilinə aid olduğu zaman onların qiyməti daha aşağı təyin olunur. Beləliklə, siz yüksək keyfiyyətli soyuducunu sərfəli qiymətə əldə edə bilirsiniz.
Ən yaxşı soyuducular hansı xüsusiyyətlərə sahibdir?
Son vaxtlar istehsal olunan soyuducular 2 əsas xüsusiyyəti ilə fərqlənir: enerjiyə qənaət etməsi və no frost olması. Artıq müştərilər üçün də bu xüsusiyyətlər böyük əhəmiyyət kəsb edir. Hətta ən yaxşı soyuducular üçün müraciət edən müştərilər ilk bu xüsusiyyətlər haqqında soruşurlar.
Enerjiyə qənaət edən soyuducular A nəslinə aid olanlardır. Onlar da öz növbəsində enerjiyə az və ya çox qənaət edən modellər olaraq A, A+, A++, A+++ növlərə bölünür. A+++ enerji sərfiyyatı ən aşağı olan modeldir. Bu tip soyuducuların illik orta enerji sərfiyyatı 280 kVatt-dır. Ümumilikdə A sinfinə aid olanların enerji sərfiyyatı isə 550 kVatt təşkil edir. Büdcənizə qənaət etmə imkanı verdiyi və enerji mənbələrini qoruduğu üçün A sinfi soyuducuları ən yaxşı hesab olunur.
Ən yaxşı soyuducular üçün səciyyəvi olan digər xüsusiyyət no frost olmasıdır. No frost yeni istehsal olunan soyuduculara aid xüsusiyyətdir. Bu tip soyuducularda dondurucu kamerada ventilyasiya sistemi olur və o daim hava sirkulyasiyasını təmin edir. Nəticədə dondurucu kamerada buz yaranmır, lakin bütün ərzaqlar donur. Köhnə soyuducularda dondurucu hissəsində tez-tez buzu açmaq üçün cərəyandan ayırmaq, bir müddət buzun açılmasını gözləmək və dondurucu kameranı təmizləmək tələb olunurdu. No frost isə bunu özü avtomatik edir. Bunu nəzərə aldıqda niyə no frostun ən yaxşılar sırasında olduğunu təxmin etmək çətin deyil.
Əgər siz ən yaxşı soyuducunu əldə etmək istəyirsinizsə, bu iki xüsusiyyəti nəzərə almağınız tövsiyə olunur. Qiymətlərin sizin üçün yüksək olduğunuz düşünürsünüzsə, kreditlə soyuducular təklifindən faydala bilərsiniz. vau.az saytında qeyd olunan xüsusiyyətlərə sahib Bosch, Indesit, Siemens, DOMETIC, LG, Midea, HAIER, Schaub Lorenz, Hitachi, Samsung, Whirlpool, HANSA brendlərinə məxsus avadanlıqlar kreditlə soyuducular xüsusi zəmanət şərtləri ilə təklif olunur. Bu sizin üçün keyfiyyətli və sərfəli olacaq.