Smart saat qiyməti hansı xüsusiyyətlərə görə dəyişir?
Həm smart saatlar, həm də smart watches kimi tanınan bu məhsullar son illər bazarın ən sevilən aksesuarlarından biridir deyə bilərik. Kompüter texnologiyasına malik smart saatlar eyni anda bir çox əməliyyatı yerinə yetirməyə imkanı verir. İstifadəsi çox rahat olan smart watches modellərinə və xüsusiyyətlərə görə bir-birindən fərqlənir. Smart saat qiyməti təyin olunarkən də bu faktorlar nəzərə alınır. Qiymətlərə təsir edən əsas amillər aşağıdakılar hesab olunur
Həm smart saatlar, həm də smart watches kimi tanınan bu məhsullar son illər bazarın ən sevilən aksesuarlarından biridir deyə bilərik. Kompüter texnologiyasına malik smart saatlar eyni anda bir çox əməliyyatı yerinə yetirməyə imkanı verir. İstifadəsi çox rahat olan smart watches modellərinə və xüsusiyyətlərə görə bir-birindən fərqlənir. Smart saat qiyməti təyin olunarkən də bu faktorlar nəzərə alınır. Qiymətlərə təsir edən əsas amillər aşağıdakılar hesab olunur:
- Smart saatın sahib olduğu əməliyyat sistemi qiymətə təsir edən amillər sırasındadır. Smartwatches da mobil telefonlar kimi əməliyyat sistemi (Android və ya İOS) ilə işləyir. Android və iOS kimi əməliyyat sistemləri smart saatların qiymətlərinin dəyişməsinə təsir edən amillərdən biridir. Ağıllı saatın əməliyyat sistemi istifadə olunan smartfonun əməliyyat sistemi ilə eyni olmalıdır. Məsələn, istifadə olunan smartfon Samsung olarsa, əməliyyat sistemi də android olacaq. Alınacaq ağıllı saatın da Android sistemi olmalıdır. Eynilə Iphone mobil telefon istifadəçisi ağıllı saat seçərkən iOS xüsusiyyətli bir model seçməlidir. Bəzi ağıllı saatlar həm android, həm də ios qabiliyyətlidir və hər iki mobil telefon ilə birlikdə istifadə edilə bilər.
- Smart saatların malik olduğu xüsusiyyətlər və istifadəçiyə yaratdığı imkanlar onun qiymətini təyin edən faktorlar arasındadır. Bəzi smart saatlar sadəcə zənglərə və mesajlara cavab vermək funksiyasına sahib olur. Bu da həmin modellərin daha sərfəli qiymətə əldə edilməsinə şərait yaradır. İstifadəçiyə daha çox funksiyadan istifadə imkanı verən modellər daha yüksək qiymətə satılır. Bu funksiyalara aşağıdakılar daxildir: Vaxtı və tarixi ekranda əks etdirən modellər, mesaj, tətbiq, zəng və müxtəlif bildirişlər haqqında məlumat verən saatlar, telefonla danışıq imkanı olanlar. Əlavə olaraq ağıllı saat sayəsində hava şəraitini öyrənə, gün ərzində hava şəraitinə uyğun olaraq cədvəlinizi formalaşdıra bilərsiniz.
Modellərin xüsusiyyətləri və istifadə sahələri bir-birindən fərqli olduğu üçün eyni brend olsa belə, ağıllı saatlar arasında böyük fərq ola bilər. Burada istifadəçi öz ehtiyaclarını təyin etdikdən sonra istifadə sahəsinə uyğun smart saat alması daha məqsədəuyğundur.
- Smartsaat qiyməti təyin olunarkən nəzərə alınan digər amil bazardakı rəqabət göstəricisidir. Əvvəllər sadəcə tanınan bir neçə brend tərəfindən smart saatların satışı həyata keçirilirdi və bu onların daha yüksək qiymət təyin etməsinə imkan yaradırdır. Hal-hazırda isə bazarda bir-birindən fərqli çox sayda brend smart saatların satışı ilə məşğuldur. Buna görə də qiymətlər daha münasibdir.
- Yeni çıxan modellər qiymət məsələsində öz sözünü deyir. Rəqabətin güclü olması brendləri yeni və daha çox funksiyaya sahib modellərin istehsalına təşviq edir. İstehsal olunan hər yeni model daha mükəmməl xüsusiyyətlərə sahib olduğu üçün qiyməti daha yüksək olur. Bu cüzi də olsa, köhnə modelin qiymətinin aşağı salınmasına səbəb olur.