Planşetlər Vau.az Saytında!
Planşetlər günümüzdə kiçik kompüter rolunu oynayır. Kompakt dizaynı və istifadə rahatlığı alıcıların məhsula olan marağını artırır. Planşet qiymətləri də münasib olduğundan insanlar bir çox işlərin həll edilməsi üçün planşetlərdən istifadə edirlər. Planşetlərin digər üstünlüyü əlavə klaviatura, maus kimi əşyalara ehtiyac yaratmamasıdır. Təbii ki, istifadəçi şəxsi istəyindən asılı olaraq əlavə alət və bağlantılardan istifadə edə bilər. Planşetlər bu imkanlara sahibdir, lakin tək parça dizayn edilməsi və daxilində bütün funksiyaların yerləşdirilməsi olduqca əlverişlidir.
Planşetlər günümüzdə kiçik kompüter rolunu oynayır. Kompakt dizaynı və istifadə rahatlığı alıcıların məhsula olan marağını artırır. Planşet qiymətləri də münasib olduğundan insanlar bir çox işlərin həll edilməsi üçün planşetlərdən istifadə edirlər. Planşetlərin digər üstünlüyü əlavə klaviatura, maus kimi əşyalara ehtiyac yaratmamasıdır. Təbii ki, istifadəçi şəxsi istəyindən asılı olaraq əlavə alət və bağlantılardan istifadə edə bilər. Planşetlər bu imkanlara sahibdir, lakin tək parça dizayn edilməsi və daxilində bütün funksiyaların yerləşdirilməsi olduqca əlverişlidir. Həmçinin planşetlərin daşınması da çox asandır.
Vau.az saytı LENOVO, HUAWEI, Samsung, EVEREST, Apple brendlərinə məxsus planşetlərin satışı ilə məşğuldur. Burada yüksək keyfiyyətli və orijinal məhsulları xüsusi zəmanət şərtləri ilə əldə edə bilərsiniz. Məhsul əldə edərkən ödəmə imkanı tamamilə sizin seçiminizdən asılıdır. vau.az planşetlər üçün nağd, hissə-hissə və kreditlə ödəmə imkanları təklif edir.
Planşet alarkən hansı məqamlara diqqət etmək vacibdir?
Planşet üçün hansı əməliyyat sistemini seçəcəyinizi dəqiqləşdirin
Planşet almaq istədiyiniz zaman ilk qərar verməli olduğunuz məsələ hansı əməliyyat sisteminə üstünlük verdiyinizi müəyən etməkdir. Burada 3 fərqli əməliyyat sistemi ilə qarşılaşacaqsınız: Android, iOS və Windows. Onların arasında müəyyən imkanlarda fərqlər var. Həmçinin planşet qiymətləri də əməliyyat sisteminə uyğun dəyişə bilir. Android əməliyyat sisteminin üstünlüyü tətbiqlərin müxtəlifliyi xaricində onların böyük əksəriyyətinin ödənişsiz olmasıdır. Digər tərəfdən ödənişli tətbiqlərə pulsuz alternativlər olduğu üçün Android platforması digər əməliyyat sistemləri ilə müqayisədə ən böyük üstünlüyünü təmin edir.
Planşet ekran ölçüsünün sizin üçün uyğun olub-olmadığına qərar verin
Əlbəttə ki, ekran ölçüsü istifadə vərdişlərinə və tabletin daşınmasına görə dəyişir. Ekran ölçüsü tamamilə individual seçimdir. Ancaq son illərdə təklif edilən smartfon ekranları istifadəçiləri planşetlərdə daha böyük ekranlı modelləri almağa sövq edir. Smartfonlarda orta hesabla 5 düym və yuxarı ekran ölçülərinə üstünlük verildiyindən, planşet istifadəsində daha geniş bir görünüş təmin etmək üçün ən az 10 düymlük modellərə nəzər salmaq daha doğru olar. 10 düymlük tabletlər həm iş, həm də əyləncə üçün doğru seçimdir.
Planşetin ağırlığı nə qədər olmalıdır?
Daşınma üçün istifadə edildiyindən planşetin ağırlığı önəmli amildir. Burada ideal ağırlıq 500-600 qram hesab olunur. Təbii ki, burada da çəki seçimi tamamilə sizin rahatlığınızın təmin edilməsindən asılıdır.
Planşetdə ehtiyacınız olan RAM-ı dəqiqləşdirin
İstər iş üçün olsun, istərsə də əyləncə üçün planşetin performansı olduqca vacib rol oynayan amildir. Planşetin texniki xüsusiyyətlərini nəzərdən keçirərkən planşetin mərkəzindəki prosessorun ən az 4 nüvəli və RAM tutumunun ən az 2 GB olmasına diqqət edin. Prosessor qədər RAM da planşetinizin sürətini təyin edən vacib amillərdən biridir. Bu ikisinin birlikdə olduğu planşetlərdə daha yaxşı performans əldə edə bilərsiniz. RAM planşet qiyməti təyin olunarkən nəzərə alınan amillərdən biridir.
Planşet Yaddaş tutumunu nəzərə alın.
Burada ən az 16 GB olan modelləri seçmək yaxşı olardı. Əlavə olaraq microSD kartı ilə yaddaşın nə qədər genişləndirilə biləcəyi vacib bir məsələdir. Bir microSD kartı taxaraq əksər tabletlərin yaddaşını genişləndirə bilərsiniz, ancaq bəziləri yalnız 32 GB və 64 GB -a qədər dəstəkləyir. Əgər yaddaş tutumunun böyük olması sizin üçün çox vacibdirsə, tövsiyəmiz budur ki, yüksək göstəriciyə sahib və ya 128 GB -a qədər microSD kartı dəstəkləyəcək model seçəsiniz. Planşet qiyməti təyin edilərkən də yaddaşın ölçüsü nəzərə alınan nüansdır.