Planşet qiymətləri hansı xüsusiyyətlərə görə dəyişir?
Planşet qiymətləri müxtəlif aralıqlarda dəyişir. Qiymətlərin fərqliliyi onun təklif etdiyi imkanlara uyğun olaraq dəyişir. Planşetlər günümüzdə kompüterlərin kompakt əvəzediciləri hesab edilə bilər. Planşet qiymətləri aşağıdakı amillərə, əsasən dəyişir. Planşetlər Android, iOS ve Windows əməliyyat sistemlərindən birinə sahib olur. Hər bir əməliyyat sistemi öz imkanları və təklif etdiyi özəlliklər ilə fərqlənir. İstifadəçilər planşet seçərkən ilk öncə hansı əməliyyat sisteminə üstünlük verəcəklərini müəyyənləşdirməlidirlər.
Planşet qiymətləri müxtəlif aralıqlarda dəyişir. Qiymətlərin fərqliliyi onun təklif etdiyi imkanlara uyğun olaraq dəyişir. Planşetlər günümüzdə kompüterlərin kompakt əvəzediciləri hesab edilə bilər. Planşet qiymətləri aşağıdakı amillərə, əsasən dəyişir.
Planşetin Əməliyyat sistemi.
Planşetlər Android, iOS ve Windows əməliyyat sistemlərindən birinə sahib olur. Hər bir əməliyyat sistemi öz imkanları və təklif etdiyi özəlliklər ilə fərqlənir. İstifadəçilər planşet seçərkən ilk öncə hansı əməliyyat sisteminə üstünlük verəcəklərini müəyyənləşdirməlidirlər. Burada bəzən brendə görə bəzən özəliklərə görə qərar verilir. Planşet qiyməti təyin olunarkən əməliyyat sistemi mühüm rol oynayır. Əgər sizin üçün əməliyyat sisteminin xüsusi əhəmiyyəti yoxdursa, büdcənizə uyğun olanı seçə bilərsiniz.
Planşetdə RAM
Qiymətə təsir edən digər önəmli özəlliklərdən biri planşetin RAM-dır. Sürətli və sistemi yaxşı işləyən planşet istəyirsinizsə, RAM-ın 2 GB-dan yuxarı olmasına diqqət etməlisiniz. RAM artdıqca qiymət də ona uyğun dəyişir. Büdcə limitiniz yoxdursa, yüksək RAM-a sahib planşet almağınız tövsiyə olunur.
Planşet üçün yaddaş tutumluluğu
Yaddaş istifadəçi üçün çox vacib xüsusiyyətdir. Onun həcmi isə qiymətdə mühüm rol oynayır. Ən azı 64 GB yaddaşa sahib planşet almağınız tövsiyə olunur. Bəzi planşetlərdə əlavə yaddaş kartından istifadə edərək yaddaşı 2-3 dəfəyə qədər artırmaq mümkündür. Əgər yaddaşın həcmi sizin üçün önəmlidirsə, bu özəlliyə mütləq diqqət etməlisiniz. Bəzi planşetlər isə əlavə yaddaş kartından istifadə imkanı yaratmır. Bu zaman planşetin yaddaşının yüksək olması çox vacibdir. Çox sayda tətbiq yükləyir və istifadə edirsinizsə, belə halda mütləq sizə yaddaşı yüksək planşet lazım olacaq.
Planşet modellərinin istehsal ili
Bütün texnoloji avadanlıqlara aid olan bu qiymət amili planşetlərdə də özünü göstərir. Yeni model planşetlər daha yüksək qiymətə satışa çıxarılır. Vaxt keçdikcə və yeni modellər istehsal edildikcə isə qiymətlər aşağı düşür. Burada qiymət dəyişimi məhsulun keyfiyyəti ilə əlaqəli deyil. Sadəcə yeni buraxılan məhsul daha yüksək funksionallığa sahib olduğu və yeni imkanlar təklif etdiyi üçün qiyməti daha yüksək olur. Əgər siz münasib və aşağı qiymətə planşet əldə etmək istəyirsinizsə, o zaman köhnə modelləri nəzərdən keçirməyinizi məsləhət görürük. Burada istədiyiniz özəlliklərə sahib məhsulu uyğun qiymətə əldə edə bilərsiniz.
Planşetin Funksionallığı
Son illərdə istehsal edilən planşetlərdə yeni funksiyalar diqqət çəkir. Həmin funksiyaların mövcudluğu uyğun olaraq qiymət dəyişməsinə təsir göstərir. Hər bir planşet modeli üzrə bu funksiyalar dəyişir. Siz ehtiyacınız olan funksiyaları müəyyən edə və ona əsasən seçim edə bilərsiniz. Beləliklə, vacib olmayan funksiyalar üçün əlavə pul ödəməkdən azad ola bilərsiniz.
Vau.az saytında planşetlərin satışı necə həyata keçirilir?
Mağazamızın onlayn sisteminə daxil olduqdan sonra bütün brendlər üzrə keyfiyyətli planşet modelləri ekranda görünür. Filtrlər bölməsində ölçü, planşet qiyməti, model, yaddaş, RAM, brend və s. xüsusiyyətlər üzrə seçimləri tətbiq etdikdən sonra yalnız sizə ən uyğun modellər göstərilir. Göstərilən modellərdən sizə ən uyğun məhsulu seçə bilərsiniz. Bütün seçim filtrlərini tamamladıqdan sonra kreditlə, hissə-hissə və nağd formada məhsulu əldə edə bilərsiniz. Qeyd edək ki, planşetlərin hər biri xüsusi zəmanət şərtləri ilə satılır. Hər hansı problem ilə qarşılaşdığınız zaman zəmanət şərtlərinə uyğun servisimizdən ödənişsiz istifadə edə bilərsiniz.
Vau.az saytında satışa çıxarılan planşetlər LENOVO, HUAWEI, Samsung, EVEREST, Apple brendlərinə aiddir. Əgər brend seçimi sizin üçün vacibdirsə, məhz brend seçiminə, əsasən filtr apara bilərsiniz. Burada bir brendə məxsus müxtəlif məhsullar yer alacaq. Belə halda siz seçiminizi xüsusiyyətlər üzərindən apara bilərsiniz.