Planşet qiyməti təyin olunarkən nələr nəzərə alınır?
Planşet qiymətlərinə təsir edən ən vacib amilləri nəzərə alaraq büdcənizə uyğun məhsulu asanlıqla əldə edə bilərsiniz. Orijinal və keyfiyyətli məhsul axtarışındasınızsa, vau.az saytına daxil olaraq bəyəndiyiniz məhsulu seçə bilərsiniz. Burada yer alan hər bir məhsul üzrə xüsusi zəmanət şərtləri təklif olunur. Bəyəndiyiniz bütün məhsulları nağd ödəmədən əlavə hissə-hissə və kreditlə ödəmə formaları ilə də əldə edə bilərsiniz.
Planşet qiyməti təyin olunarkən nəzərə alınan bəzi mühüm məqamlar var. Burada planşetlərin istifadəçilərə hansı imkanları təklif etməsi ən vacib nüanslardan biridir. Onunla yanaşı qiymətə təsir göstərən digər amillər də mövcuddur. Həmin amillər aşağıdakılardır:
- Planşetin işlədiyi əməliyyat sistemi. Bu sistemlər 3 cürdür: Android, İOS, Windows. Qiymətlər planşetin aid olduğu əməliyyat sisteminə görə müəyyən aralıqda dəyişə bilir.
- Planşetlər nə qədər batareya gücünə sahibdir? Əgər planşeti tez-tez şarj etmək imkanınız yoxdursa, güclü batareyaya sahib məhsulu seçməyiniz məsləhətdir.
- RAM ölçüsü nə qədərdir? Alacağınız məhsulun ən azı 2 GB RAM-a sahib olmasına diqqət etməyiniz tövsiyə edilir. Planşetinizin sürəti və işləməsi RAM-dan asılıdır. Hal-hazırda 4 GB RAM-a sahib çox sayda yeni planşetlər mövcuddur.
- Planşetin yaddaş tutumu. Bir neçə cür yaddaş təklif olunu: 16 GB, 32 GB, 64 GB, 128 GB. Seçim tamamilə sizdən asılıdır. Planşetdə istifadə edəcəyiniz tətbiqlərin sayından asılı olaraq və istifadə edəcəyiniz istiqamətə uyğun ehtiyacınız olan yaddaş tutumunu müəyyən edə bilərsiniz. Planşet qiyməti müəyyən edilərkən ən çox nəzərə alınan amil yaddaşdır. Eyni məhsul sadəcə yaddaş tutumluluğuna görə fərqli qiymətlərdə satışa çıxarıla bilir.
- Planşet modelinin istehsal olunduğu il. Planşet qiymətləri təyin olunarkən belə qanunauyğunluq mövcuddur. Adətən yeni model planşetlər daha yüksək qiymətə satışa çıxarılır. Köhnə modellərin qiyməti nisbətən aşağı olur. Müəyyən müddətdən sonra isə həmin modellər satışdan çıxarılır.
- Planşetin funksionallığı və istifadəçiyə açdığı imkanlar. Qiymətə ən çox təsir edən amillər arasında məhz funksionallıq yer alır. Bəzi funksiyalara, əsasən siz qiymətlərin necə dəyişdiyini asanlıqla müqayisə edə bilərsiniz. Bunun üçün vau.az saytına daxil olub məhsulları nəzərdən keçirə bilərsiniz.
Beləliklə, planşet qiymətlərinə təsir edən ən vacib amilləri nəzərə alaraq büdcənizə uyğun məhsulu asanlıqla əldə edə bilərsiniz. Orijinal və keyfiyyətli məhsul axtarışındasınızsa, vau.az saytına daxil olaraq bəyəndiyiniz məhsulu seçə bilərsiniz. Burada yer alan hər bir məhsul üzrə xüsusi zəmanət şərtləri təklif olunur. Bəyəndiyiniz bütün məhsulları nağd ödəmədən əlavə hissə-hissə və kreditlə ödəmə formaları ilə də əldə edə bilərsiniz.
Planşet almazdan əvvəl nələri müəyyənləşdirməliyik?
Planşet qiymətləri fərqli aralıqlarda dəyişdiyi üçün alıcılar çox zaman seçimi büdcəyə uyğun edirlər. Tövsiyəmiz budur ki, planşet almazdan öncə aşağıdakı suallara cavab tapasınız. Bu zaman ehtiyacınız olan məhsulu daha asan tapa bilərsiniz.
- Hansı əməliyyat sisteminə üstünlük verirsiniz? Sizin ehtiyacınız olan əməliyyat sistemi hansıdır: Android, İOS, yoxsa Windows?
- Hansı ölçüdə planşetə ehtiyacınız var?
- İstifadə edəcəyiniz planşetin RAM-ı nə qədər olmalıdır?
- Yaddaş ölçüsü sizin üçün nə dərəcədə vacibdir? Planşetinizin nə qədər yaddaş tutumuna sahib olması sizi məmnun edər? 16 GB, 32 GB, 64 GB, yoxsa 128 GB?
- Planşetin kamera performansı sizin üçün vacibdirmi? Vacibdirsə, kamera gücünü təqribi müəyyən etməlisiniz.
- Planşet üçün nə qədər büdcə ayırmısınız? Büdcəni dəyişmək imkanınız varmı?
- İstehsalçı, yəni brend sizin üçün önəmlidirmi?
Vau.az saytında planşet satışı necə təşkil olunub?
Vau.az işinizi asanlaşdıracaq, çünki burada dünya brendlərinə məxsus ən yaxşı planşetlər satılır. Sayta daxil olub planşetlər bölməsini açırsınız. Fərqli kriteriyalar üzrə seçimlərinizi edirsiniz. Bu filtrlər nəticəsində çıxan məhsulları dəyərləndirirsiniz və istədiyiniz növü seçirsiniz. Daha sonra nağd alış qiymətini və bu zaman endirimin olub-olmadığını, kreditlə planşet qiyməti hissəsinə baxa bilərsiniz. Kreditlə satışı seçdiyiniz zaman aylıq hissə-hissə ödəniş funksiyası aktivləşir və aylıq ödəyəcəyiniz məbləğ göstərilir. Burada qiymət seçdiyiniz aya uyğun dəyişir. Planşet satışı ilə maraqlanırsınızsa bizə müraciət edin.