Paltaryuyan alarkən nələrə diqqət etməli?
Hər bir evin ayrılmaz hissəsinə çevrilmiş partaryuyanlar artıq təməl ehtiyac hesab oluna bilər. Ailə tərkibindən asılı olmayaraq artıq hər kəsin həyatında paltaryuyan maşın mühüm rol oynayır. Məhsulu seçərkən ən çox diqqət edilən məqamlardan biri də paltaryuyan maşın qiymətləri amilidir. Alıcıların böyük qismi qiymətə, əsasən qərar verir. vau.az saytında hər büdcəyə və kriteriyaya uyğun paltaryuyanlar yer alır.
Hər bir evin ayrılmaz hissəsinə çevrilmiş partaryuyanlar artıq təməl ehtiyac hesab oluna bilər. Ailə tərkibindən asılı olmayaraq artıq hər kəsin həyatında paltaryuyan maşın mühüm rol oynayır. Məhsulu seçərkən ən çox diqqət edilən məqamlardan biri də paltaryuyan maşın qiymətləri amilidir. Alıcıların böyük qismi qiymətə, əsasən qərar verir. vau.az saytında hər büdcəyə və kriteriyaya uyğun paltaryuyanlar yer alır. Məhsullar Bosch, Siemens, Samsung, Electrolux, LG, Hotpoint-Ariston, HAIER, Schaub Lorenz, Indesit, Whirlpool, HANSA, Midea brendlərinə məxsusdur və hər biri orijinaldır. Fərqli ödəmə üsulları – nağd, hissə-hissə, kreditlə və müxtəlif zəmanət şərtləri ilə bəyəndiyiniz paltaryuyan maşın seçimini vau.az saytından əldə edə bilərsiniz. Siz məhsulu seçdikdən sonra əməkdaşlarımız çatdırılma və quraşdırma xidmətlərini həyata keçirəcək.
Paltaryuyan seçərkən nələrə diqqət etmək lazımdır?
Paltaryuyan seçərkən diqqət etməli olduğunu bir çox məqam var. Məsələn, həssas yuma tələb edən nə qədər paltarınız var, maşını yerləşdirəcəyiniz yerin sahəsi nə qədərdir, geyimləri sürətli, yoxsa aşağı dövrədə yumağı sevirsiniz. Məhsulu seçmədən öncə bu kimi sualların cavabını dəqiqləşdirməlisiniz. Bu zaman düzgün seçim etmək sizin üçün daha asan olur.
Paltaryuyan maşın alarkən diqqət edilməli məqamlar aşağıdakılardır:
- Neçə kq-lıq paltaryuyana ehtiyacınız var? Kiçik ailələrdə 5-7 kq-lıq maşınlar kifayət edir. Böyük ailələr üçün isə 8-9 kq-lıq cihazlar daha çox tövsiyə edilir.
- Zəmanət müddətinə diqqət etmək olduqca vacibdir. Maşının hər hansı hissəsində problem çıxdıqda və ya dəyişməli olduqda onu yeniləmək üçün zəmanət şərtinin olması çox vacibdir. Zəmanət məhsulun aid olduğu brendə əsasən dəyişir. Həmçinin siz əlavə təklif edilən zəmanətdən də istifadə edə bilərsiniz.
- Qənaətlilik sizin üçün önəmlidirsə, maşının elektrik və su sərfiyyatına diqqət edin. Çox zaman bəzi alıcılar böyük kiloqramlıq maşınların daha çox su və elektrik sərf etdiyinə inanır. Qənaətcil olması tamamilə maşının enerji sinfindən asılıdır. A sinif paltaryuyanlar daha qənaətcil hesab olunur. Onun isə A+, A++, A+++ növləri mövcuddur. Ən az enerji və su sərf edən model A+++ ‘dır.
- Yeni model məhsulların bəzilərində xüsusi material örtük mövcuddur. Həmin örtük paslanmanın qarşısını alır. Bu modellərin qiyməti müəyyən qədər yüksək olsa da, onlar daha uzunmüddətli istifadə üçün uğurlu hesab olunur.
- Maşının təklif etdiyi proqramlara diqqət etməlisiniz. Siz geyim və əşyalarınıza, əsasən hansı proqramlara daha çox ehtiyacınızın olduğunu müəyyən edə bilərsiniz. Əvvəlki paltaryuyanı yenisi ilə əvəz edənlər üçün bu proqramları dəqiqləşdirmək daha asandır. Onlar nəyə ehtiyaclarının olduğunu daha yaxşı bilirlər. Proqramlar məhsulların çeşidlərinə görə tənzimlənir. Bununla yanaşı maksimum dərəcə, sıxma, yuma müddəti də vacib məqamlar sırasındadır. Xüsusilə, yaz və yay aylarında az kirli geyimlər üçün qısamüddətli yuma ideal seçimdir. Həmçinin həssas əşyalar üçün əllə yuma funksiyasının olması olduqca vacibdir.
Son model paltaryuyanlarda sonradan əşya əlavə etmə kimi funksiya da yaradılıb. Bu çox əlverişli hesab olunur. Diqqət etməli olduğunuz hissə isə neçə dəqiqə ərzində əlavə əşyanın yumaya daxil edilə bilməsidir. Bir çox paltaryuyan maşınlarda bu müddət 15 dəqiqə təyin olunub. Paltaryuyan maşın qiymətləri ilə maraqlandığınız zaman həmin funksiyalara uyğun qiymətlərin dəyişdiyini görə bilərsiniz. Özünüz üçün ən vacib funksiyaları seçərək daha münasib qiymətə ehtiyacınız olan məhsulu əldə edə bilərsiniz. Əlavə funksiyalarda yer alan ütü funksiyası da olduqca işinizi asanlaşdırır. Bu zaman geyimlər demək olar ki, qırışmır.
İstəklərinizə uyğun hər növ məhsulu vau.az saytından asanlıqla əldə edə bilərsiniz. Paltaryuyanlar bölməsinə keçid edin.