Vau.az saytında hansı paltaryuyan maşın növləri var?
Vau.az saytında istədiyiniz növ paltaryuyan maşın növünü tapa bilərsiniz. Burada ən münasib qiymətə təklif olunan paltaryuyanlar, üstün funksiyalı yeni modellər, dünyanın tanınmış brendlərindən (Bosch, Siemens, Samsung, Electrolux, LG, Hotpoint-Ariston, HAIER, Schaub Lorenz, Indesit, Whirlpool, HANSA, Midea) məhsullar yer alır. Saytımızda yer alan hər bir məhsul orijinaldır.
Vau.az saytında istədiyiniz növ paltaryuyan maşın növünü tapa bilərsiniz. Burada ən münasib qiymətə təklif olunan paltaryuyanlar, üstün funksiyalı yeni modellər, dünyanın tanınmış brendlərindən (Bosch, Siemens, Samsung, Electrolux, LG, Hotpoint-Ariston, HAIER, Schaub Lorenz, Indesit, Whirlpool, HANSA, Midea) məhsullar yer alır. Saytımızda yer alan hər bir məhsul orijinaldır.
vau.az saytında məhsul alışı olduqca sərfəli şərtlərlə təklif olunur. Əldə etdiyiniz hər bir paltaryuyan maşın üçün xüsusi zəmanət şərtləri mövcuddur. Məhsul əldə etdiyiniz zaman ödəmə formasının seçimi isə tamamilə sizdən asılıdır. Nağd, hissə-hissə və kreditlə ödəmə formalarından özünüzə uyğun olanı seçə bilərsiniz.
Paltaryuyan maşınlar hansı özəllikləri təklif edir?
Plataryuyanlar, xüsusilə son dövrlərdə istehsal olunan məhsullar təklif etdiyi funksiyaların çoxluğu ilə fərqlənir. Bu özəlliklərin hər biri həyat tərzini asanlaşdırmaq üçün nəzərdə tutulub. Paltaryuyan maşın qiymətləri də məhz həmin özəlliklərə, əsasən müxtəlif aralıqda dəyişir.
- Paltaryuyanın tutumu. Əvvəllər istehsal edilən aşağı tutumluluğa sahib modellərlə yanaşı indi 9 kiloqrama qədər əşya yuma imkanına sahib məhsullar da mövcuddur. Tutumluluğu yüksək olan bu modellərdə yorğan, ədyal və bu kimi irihəcmli əşyaları yumaq mümkündür. Bu paltaryuyan modelləri yüksək tutumluluqla yanaşı güclü sıxma qabiliyyətinə də malikdir, məsələn, 1400 rpm. Sıxma qabiliyyəti güclü olduqda əşyalar yuyulmadan sonra daha quru çıxır. Nəticədə ağır əşyaları uzun müddət qurutmaq üçün saxlamağa ehtiyac qalmır.
- Bəzi paltaryuyan modelləri qurutma funksiyasına da sahibdir. Xüsusilə, işgüzar insanların üstünlük verdiyi bu modellər şəxsi qurutma özəlliyi nəticəsində əşyaları yumadan sonra birbaşa istifadə etmək mümkün olur. Əlavə qrutmağa ehtiyac qalmır. İnsanların həyatını asanlaşdıran bu funksiya gün keçdikcə daha çox istehsalçı tərəfindən tətbiq edilməyə başlanır.
- AddWash funksiyası. Son illərdə paltaryuyanlar AddWash özəlliyi ilə də fərqlənir. Tez-tez adını eşitdiyiniz bu funksiya müxtəlif istehsalçılar tərəfindən fərqli formada təqdim edilir. Məsələn, Samsung paltaryuyanlarında AddWash xüsusi əlavə qapı ilə tətbiq edilir. Əşyaları yumağa atdıqdan sonra unutduğunuz hər hansı geyim və ya əşya olarsa, onu buradan əlavə edə biləriniz. Bosch paltaryuyanlarında isə bu funksiya üçün əlavə qapı yerləşdirilməyib. Sadəcə pauza düyməsini sıxaraq yumanı dayandıra və unudulan əşyaları maşına əlavə edə bilərsiniz. Diqqət etməli olduğunuz məqam odur ki, AddWash funksiyası istənilən zaman aktiv qalmır. Sadəcə əsas yumaya qədər əşyaları əlavə etmək mümkündür. Məsələn, əşyaları maşına atdıqdan sonra 15 dəqiqə ərzində siz nəyisə əlavə edə bilərsiniz.
- Həmçinin son illərdə paltaryuyanlar anti-allergik funksiyası ilə də fərqlənir. Maşınların anti-allergik proqramları sayəsində əşyalar gigiyenik qaydada yuyulur. Bu modellər buxarla yuma, əlavə durulama və suda gözlətmə kimi bir çox xüsusiyyətlərə malikdir.
- Enerjiyə qənaət edən yeni model paltaryuyan maşınlar. Paltaryuyan maşınların enerjiyə qənaət edən yeni modelləri mövcuddur. Onlar A sinfinə aid paltaryuyanlar adlandırılır. Bu sinfə daxil olan modellərin enerji sərfiyyatı daha aşağı olur. Nəticədə tez-tez istifadə olunan məhsulda enerjiyə qənaət etmiş olursunuz. A sinfinin A+, A++, A+++ növləri vardır. Ən qənaətcil modeli A+++ hesab olunur. Əgər sizin üçün enerji sərfiyyatının aşağı olması vacibdirsə, siz A sinfi məhsullarına üstünlük verə bilərsiniz.
Paltaryuyan maşın qiymətləri onların təklif etdiyi imkanlara uyğun dəyişir. Üstün funksiyalara sahib paltaryuyan modelləri daha yüksək qiymətə satışa çıxarılır. Siz özünüz üçün ən vacib hesab etdiyiniz funksiyaları müəyyən edib, ona uyğun modelləri seçə bilərsiniz. Beləliklə, həm büdcənizə qənaət etmiş olarsınız, həm də ehtiyacınız olan paltaryuyan modelini əldə edə bilərsiniz.