Noutbuklar Vau.az saytında!
Rəqəmsallaşma ilə texnoloji cihazlara artan maraqla birlikdə notbuklar üzrə olan ehtiyac getdikcə daha çox aktual məsələyə çevrilib. Bazarda yüzlərlə notebook satışı ilə məşğul olan brend, model və geniş aralıqda dəyişən notebook qiymətləri olduğu üçün istifadəçilər qərar verməkdə bir qədər çətinlik çəkirlər. Noutbuklar müxtəlif kateqoriyalara malikdir: ölçülər, toxunma qabiliyyəti, yaddaş, çəki, funksiyalar və prosessorlar. Noutbuklar satışı zamanı hər bir istifadəçini maraqlandırmaq üçün fərqli dizayn və funksiyalarda istehsal olunmuş məhsullar ilə tanış ola bilərsiniz.
Rəqəmsallaşma ilə texnoloji cihazlara artan maraqla birlikdə notbuklar üzrə olan ehtiyac getdikcə daha çox aktual məsələyə çevrilib. Bazarda yüzlərlə notebook satışı ilə məşğul olan brend, model və geniş aralıqda dəyişən notebook qiymətləri olduğu üçün istifadəçilər qərar verməkdə bir qədər çətinlik çəkirlər. Noutbuklar müxtəlif kateqoriyalara malikdir: ölçülər, toxunma qabiliyyəti, yaddaş, çəki, funksiyalar və prosessorlar. Noutbuklar satışı zamanı hər bir istifadəçini maraqlandırmaq üçün fərqli dizayn və funksiyalarda istehsal olunmuş məhsullar ilə tanış ola bilərsiniz. Notbuk satışı ilə məşğul olan şirkətlər bu yolla tək bir noutbuk növü yerinə istifadəçi ehtiyaclarına yönəlmiş həllər hazırlayır. Beləliklə fərqli noutbuk qiyməti modelləri ortaya çıxır. Bu tip məhsulların əsas məqsədi istifadəçinin büdcəsinə uyğun olaraq qiyməti ən uyğun səviyyədə saxlayaraq istifadəçinin istək və ehtiyaclarını qarşılamaqdır. vau.az saytı Apple, ASUS, HP, Acer, LENOVO, DELL, HUAWEI brendlərinə məxsus bütün modellərdə notbuk satışı ilə məşğuldur. Saytımıza nəzər salaraq keyfiyyətli və orijinal məhsullar əldə edə bilərsiniz.
Noutbuk alarkən diqqət edilməli məqamlar aşağıdakılardır:
Noutbuklar fərqli xüsusiyyətlərə və funksiyalara sahib modellərlə satışa buraxılır. Notebook qiymətləri məhz həmin xüsusiyyətlərə görə dəyişir. Çox geniş seçim aralığından ehtiyacınız olan modeli tapmaq üçün aşağıdakı xüsusiyyətlərə diqqət edə bilərsiniz:
Noutbukun Prosessor və RAM göstəriciləri
Noutbuk alarkən diqqət edilməli 2 ən vacib amil prosessor və RAM-dır. Bunları doğru seçsəniz, möhtəşəm noutbuka sahibsiniz deməkdir. Yeni bir noutbuk alırsınızsa, yəqin ki, uzunmüddətli bir model axtarırsınız. Bu seçim Intel-in yeni və ən sürətli prosessor ailəsindən keçir. Alacağınız noutbukda Intel Core i7 platformasını nəzərə almaq əla seçim olar. Digər tərəfdən RAM baxımından DDR4-dən az seçim etməməyi məsləhət görürük.
Noutbuk Ekran kartı
Əlbəttə ki, noutbukda başqa bir vacib meyar video kartdır. Xüsusilə Paskal arxitekturası ilə böyük güc verən NVIDIA-nın qrafik kartları hər sahədə istifadəçilərin diqqətini çəkir. Ümumi istifadə və oyun performansı ssenariləri üçün NVIDIA-nın 10 seriyalı kartlarını xüsusilə nəzərə almalısınız.
Noutbuk Disk / SSD göstəriciləri
5400 və 7200 RPM diskləri əsas yaddaş olaraq istifadə etdiyimiz günlər geridə qaldı. İndi SSD-lər və hətta PCIe NVMe SSD-lər var və performansları ilə həqiqətən istifadəçilərə böyük rahatlıq yaradır. Güclü bir noutbuk istəyirsinizsə, mütləq PCIe NVMe SSD seçə bilərsiniz.
Noutbuk Ekranı
HD, Full HD, 2K, 4K ilə indi nəinki noutbuklarda, hətta ağıllı telefonlarda belə qarşılaşırıq. Əlbəttə ki, yüksək görüntü vacibdir. Burada istifadə sahəniz və şəxsi seçiminiz də vacibdir. Ekran ölçüsü isə tamamilə sizə bağlıdır. Əlbəttə ki, oyunçular üçün tövsiyəmiz 17.3 düymdən az olmamasıdır.
Noutbuk Klaviaturası
Noutbuk seçimi zamanı ekran qədər klaviaturaya da diqqət yetirməlisiniz. Klaviatura hər noutbuk modelində çox erqonomik olmaya bilər: Düymələrin ölçüləri barmaqlarınıza uyğun olmaya bilər, düymələr arasındakı məsafə kiçik ola bilər və ya hündürlüyü sizin üçün uyğun olmaya bilər. Bu səbəbdən klaviaturanın erqonomik olmasına mane olan sadaladığımız bu 3 mənfi cəhətə xüsusi diqqət yetirin. Digər tərəfdən klaviaturanın arxa işığı qaranlıqda rahat istifadə imkanı yaradır. Buna görə də arxa işıqlı klaviatura seçimi etməyinizi tövsiyə edirik. Oyunçular daha çox rəngli işıqlı olanlara üstünlük verirlər.
Notebook satışı zamanı biz hər bir alıcıya bu haqda ətraflı məlumat verir, onun ehtiyaclarını müəyyənləşdirməyə çalışırıq. Qeyd olunan nüansların hər biri noutbuk qiyməti təyin olunarkən nəzərə alınır. Bütün bunları nəzərə alaraq ehtiyaclarınıza uyğun noutbuku seçə bilərsiniz.