Notebook satışı Vau.az-da necə təşkil olunub?
Notebook satışı vau.az saytı üzərindən onlayn formada aparılır. Saytda Apple, ASUS, HP, Acer, LENOVO, DELL, HUAWEI brendlərinin məhsulları yer alır. Notebook qiymətləri haqqında məlumat əldə etmək istəyirsinizsə, saytdan noutbuklar bölməsini nəzərdən keçirməyinizi tövsiyə edirik. Notebook qiymətləri müxtəlif xüsusiyyətlərə və təklif etdiyi funksiyalar görə təyin olunur. vau.az saytında noutbuklar bölməsinə daxil olduqdan sonra kriteriyalarınıza uyğun noutbuku tapmaq üçün filtrlərdən istifadə edə bilərsiniz. Noutbuklar qiymətləri ilə kəskin şəkildə fərqləndiyi üçün alıcılar ilk növbədə qiymət üzrə mövcud filtrlərdən istifadə edirlər. Noutbuk qiyməti bölməsində büdcənizə uyğun aralığı aktivləşdirərək bu funksiyadan istifadə edə bilərsiniz. Daha sonra burada daxili və xarici yaddaş, brend, ekran ölçüsü və s. kimi xüsusiyyətlər mövcuddur. Özünüz üçün vacib xüsusiyyətləri təyin edərək filtrləri tətbiq edə bilərsiniz. Bu filtrlər sizə istədiyiniz noutbuku tapmaqda köməklik edəcək. Notebook satışı zamanı müştəri təmsilçiləri alıcılara həmin xüsusiyyətlər haqqında müxtəlif suallar ünvanlayaraq onların tələbatını öyrənirlər. Onlayn formada bəyəndiyiniz modeli təyin etdikdən sonra siz məhsulu nağd, hissə-hissə ödəmə və kredit imkanı ilə əldə edə bilərsiniz. Həmçinin noutbuklar satışı zamanı hər bir məhsul üçün xüsusi zəmanət şərti də təklif olunur. Noutbuklar satışı bölməmizdə bütün növ noutbuklar ilə tanış ola bilərsiniz. Əgər büdcənizə uyğun axtarış etmək istəyirsinizsə, notebook qiymətləri filtrindən istifadə edə bilərsiniz. Notebook satışı zamanı vau.az xüsusi zəmanət şərtləri və ödəmə imkanları təklif edir. Zəmanət şərtləri brend və model üzrə dəyişir. Beləliklə, siz büdcənizə uyğun orijinal məhsulları sərfəli qiymətə əldə edə bilirsiniz.
Noutbuk alarkən nələrə diqqət etmək lazımdır?
- Sahib olduğu prosessor və RAM göstəricilərinə mütləq diqqət edin. Onlar kompüterinizin nə qədər güclü olduğunu göstərir. Təbii ki, burada ehtiyacınıza uyğun modeli seçməyiniz məsləhətdir.
- Ekran kartı noutbuk alarkən diqqət edilməli olan vacib amillərdən biridir.
- Disk / SSD istifadədə rahatlıq yaradan göstəricilər sırasındadır. Əlavə yaddaşa hər zaman ehtiyac var. Disk / SSD bu məsələdə aktiv rol oynayan xüsusiyyətlərdəndir.
- Ekran ölçüsü və görüntü keyfiyyəti. Görüntü keyfiyyəti hər kəs üçün önəmli faktordur. Ekran ölçüsü isə noutbukdan istifadə məqsədinizdən asılı olaraq dəyişir. Özünüz üçün uyğun ölçünü təyin edib bəyəndiyiniz modeli seçməyiniz tövsiyə olunur.
- Hansı növ klaviaturalar sizin üçün daha rahatdır? Kaviaturaların fərqli növləri mövcuddur. Burada əsas nüans sizin istifadə məqsədinizə uyğun olan və rahat hesab etdiyiniz modeli seçməkdir. Məsələn, qaranlıq məkanlarda noutbuk istifadə edənlər işıqlı klaviaturalara üstünlük verirlər. Bu detallara, əsasən özünüz üçün uyğun modeli seçə bilərsiniz.
Noutbuklardan istifadə zamanı diqqət edilməli məqamlar hansılardır?
Noutbuk qiyməti və xüsusiyyətləri sizi qane etdi və onu aldınız. Növbəti addım noutbukdan düzgün istifadədir. Bu xüsusiyyətlərdən biri internet üzərindən proqram və tətbiq yükləməkdir. İnternetdə olan bəzi proqramlar və tətbiqlər mövcud noutbukunuza mənfi təsir göstərə bilər. Həmin zərərli proqramlar istifadəçilərin noutbuklarını ləngidir və ya həddindən artıq isinməsinə səbəb olur. Bunun səbəbi zərərli proqramların bütün kompüterə yayılan viruslar istehsal etməsidir. Buna görə də etibarsız saytlardan fayl yükləməmək tövsiyə olunur. İstifadəçi belə bir fayl və ya proqramı yükləyibsə, antivirus proqramından istifadə etməlidir. Antivirus proqramları noutbukları zərərli proqramlardan qoruyur. İstifadəçilərin noutbukdan istifadə edərkən diqqət etməli olduqları başqa bir xüsusiyyət də kompüterin müntəzəm olaraq saxlanılmasıdır. Noutbukların prosessoruna, əməliyyat sisteminə və qrafik kartlarına mütəmadi olaraq yeniliklər gəlir. İstifadəçilər bu yeniləmələri vaxtında aktivləşdirərək hazırkı noutbuklarının performansını artıra bilərlər.