Vau.az saytında telefon satışı necə həyata keçirilir?
Telefon satışı yüksək təcrübəyə sahib olduğumuz sahələrdən biridir. Davamlı yenilənən və bazara çıxarılan modellər, yaradılan yeni imkanlar, daim dəyişilən telefon qiymətləri bu sahədə həmişə aktivlik yaranmasına səbəb olur. vau.az saytında siz məşhur brendlərin bütün modellərini tapa bilərsiniz. Əgər büdcə sizin üçün vacibdirsə, telefonların qiymətləri bölməsində özünüzə uyğun büdcəni qeyd edə bilərsiniz. Biz sizə bəyəndiyiniz məhsulları müxtəlif ödəmə şərtləri ilə əldə etmək imkanı yaradırıq.
Telefon satışı yüksək təcrübəyə sahib olduğumuz sahələrdən biridir. Davamlı yenilənən və bazara çıxarılan modellər, yaradılan yeni imkanlar, daim dəyişilən telefon qiymətləri bu sahədə həmişə aktivlik yaranmasına səbəb olur. vau.az saytında siz məşhur brendlərin bütün modellərini tapa bilərsiniz. Əgər büdcə sizin üçün vacibdirsə, telefonların qiymətləri bölməsində özünüzə uyğun büdcəni qeyd edə bilərsiniz. Biz sizə bəyəndiyiniz məhsulları müxtəlif ödəmə şərtləri ilə əldə etmək imkanı yaradırıq. İstər nağd, istər hissə-hissə ödəmə ilə, istərsəniz də kreditlə bəyəndiyiniz telefonu əldə edə bilərsiniz. Telefon satışı zamanı həmçinin müxtəlif zəmanət şərtləri də təklif olunur. Mövcud zəmanət şərtindən daha uzun müddətə telefonu sığortalamaq istəsəniz, əlavə təkliflərdən yararlana bilərsiniz.
Özünüzə ən uyğun telefonu necə seçə bilərsiniz?
Çox geniş çeşid və hər il yenilənən telefonlar alıcıların seçim etməsində müəyyən çətinliklər yaradır. Telefon qiymətləri, istehsala çıxarılmış yeni modellər, əlavə imkanların hər biri alıcılıq qabiliyyətinə təsir edən amillər sırasındadır. Özünüzə ən uyğun telefonu seçmək üçün aşağıdakı məqamlara diqqət edə bilərsiniz:
Telefon almaq üçün büdcənizi müəyyən edin
Telefon qiymətləri hər gün dəyişir və yeni modellər üçün daha yüksək qiymət təyin olunur. Büdcənizi bilmək sizin seçimlərinizi azaldacaq və prosesi asanlaşdıracaq.
Telefonda Hansı əməliyyat sistemindən istifadə etmək istədiyinizə qərar verin.
Android və ya iOS arasında seçim etməlisiniz. Telefonlar haqqında danışılarkən müşahidə edə bilərsiniz ki, bəzi istifadəçilər üçün Android daha əlverişli və rahatdır, digərləri üçün iOS daha təhlükəsiz və istifadəsi asandır. Bu tamamilə fərdi yanaşmadan və vərdişdən asılıdır.
Telefonun istehsal ilinin sizin üçün vacib olub-olmadığını müəyyən edin.
Telefon satışı ilə məşğul olan şirkətlər daim yeni texnologiyalar inkişaf etdirir və bir çox cəhətdən daha inkişaf etmiş telefonlar istehsal edir. Bu o demək deyil ki, ən son model telefona ehtiyacımız var. İstehsalı dayandırılmış, lakin satışda tapıla bilən telefon ehtiyacınıza uyğun ola bilər. Yenisinin istehsal olunması köhnə modelin pis olduğu mənasını vermir. Ona görə də telefon alarkən bunu unutmayın və nə qədər yeni bir telefona ehtiyacınız olduğuna qərar verin.
Telefonda hansı ekran ölçüsünün sizin üçün ideal olduğuna qərar verin.
Telefonunuzu nə məqsədlə istifadə etdiyinizi təyin etmək sizə ekranın ölçüsü haqqında fikir yaratmağa kömək edəcək. Məsələn, çox video izləyirsinizsə və ya oyun oynayırsınızsa, böyük bir ekran sizin üçün daha yaxşı olar. Daha çox ünsiyyət və sosial media yönümlü bir smartfon istifadə edirsinizsə, böyük ekran sizin üçün kritik bir ehtiyac deyil. Əgər ekran ölçüsünə əsasən telefon qiymətləri kəskin dəyişirsə, bu zaman vacib olmayan ehtiyacları geridə qoya bilərsiniz.
Telefonun yaddaş tutumluğunun sizin üçün nə qədər vacib olduğunu müəyyən edin.
Telefonunuzun yaddaş yeri yüklədiyiniz tətbiqlər, foto və videolarınız üçün kifayət etməlidir. Bir çox tətbiq yükləyən və ya çoxlu foto və video çəkən birisinizsə, yüksək yaddaşa üstünlük verməlisiniz.
Bəzi Android telefonlar daxili yaddaşdan başqa microSD kartlarla saxlama yerini artıraraq istifadə edilə bilər. Belə bir xüsusiyyət iOS cihazlarında mövcud deyil. Seçim edərkən bu vəziyyəti nəzərə ala bilərsiniz.
Ehtiyacınız olan telefon batareya gücünü dəqiqləşdirin.
Telefon satışı sahəsində hər gün daha güclü batareyaya sahib telefonlar ilə qarşılaşırıq. Əgər tez-tez telefonu şarj etmək imkanınız yoxdursa, daha güclü batareyaya sahib bir cihaz seçə bilərsiniz. Əksinə bu nüans sizin üçün vacib deyilsə, kriteriyalardan onu çıxarda bilərsiniz.
Hansı özəlliklərə sahib telefon axtarmağınızdan asılı olmayaraq vau.az saytında istədiyiniz məhsulu tapa bilərsiniz.