Telefon qiymətləri Vau.az-da Sərfəlidir!
Telefon qiymətləri olduqca geniş aralıqda dəyişir. Bunun əsasən səbəbi telefonun sahib olduğu xüsusiyyətlərdir. Yəni telefon qiymətləri onun istifadəçiyə yaratdığı imkanlara uyğun dəyişir. Əməliyyat sistemi və prosessor gücü telefonların qiyməti təyin edilərkən təsirli olan ilk xüsusiyyətlərdən biridir. Bu prosessor gücü telefonun performansı deməkdir. Donma və ya nasazlıqlar kimi problemlər kifayət qədər güclü olmayan əməliyyat sistemindən qaynaqlanır.
Telefon qiymətləri olduqca geniş aralıqda dəyişir. Bunun əsasən səbəbi telefonun sahib olduğu xüsusiyyətlərdir. Yəni telefon qiymətləri onun istifadəçiyə yaratdığı imkanlara uyğun dəyişir. Əməliyyat sistemi və prosessor gücü telefonların qiyməti təyin edilərkən təsirli olan ilk xüsusiyyətlərdən biridir. Bu prosessor gücü telefonun performansı deməkdir. Donma və ya nasazlıqlar kimi problemlər kifayət qədər güclü olmayan əməliyyat sistemindən qaynaqlanır. Bu səbəbdən telefon satışı zamanı əməliyyat sisteminin səviyyəsi məhsulun qiymətinin artmasında əsas amillərdən biri hesab olunur. RAM telefonu yaxşılaşdıran digər bir xüsusiyyətdir. RAM telefonun ala biləcəyi tətbiqetmə qabiliyyətini təyin edir. Buna görə də telefonların qiymətləri təyin olunarkən vacib rol oynayır. Məhsul qiymətlərinin eyni telefon modeli içərisində bir-birindən fərqlənməsinin səbəbi olan daxili yaddaş, qiymət baxımından çox təsirli göstəricidir. Daha çox saxlama yeri olan modellərin qiyməti daha az yaddaşı olan cihazlarla müqayisədə nisbətən yüksək olur. Telefonlar gündəlik istifadə cihazına çevrildikdən sonra onlara yaranan yüksək tələbat yaddaşının artmasını tələb edir. Yaddaş artımı da öz növbəsində qiymətə təsir göstərir.
Telefon qiymətləri necə dəyişir?
Telefon qiymətləri hər bir model və cihazın yaratdığı imkanlara uyğun olaraq dəyişir. Burada siz çox ucuz telefonlar həmçinin də 4 rəqəmli büdcə tələb edən modellər tapa bilərsiniz.
Telefonların qiymətləri aşağıdakı amillərə əsasən dəyişir:
- Əməliyyat sistemi və prosessor gücü
- RAM
- Kamera sayı və keyfiyyəti
- Video çəkiliş imkanları
- Aid olduğu brend
- Batareya gücü
- İnternet bağlantısı
- Ekranın sürətliliyi
- Əlavə funksiyalar
- Modelin istehsal ili
Bu gün telefonlar artıq bütün işlərin asan həllini təklif edir. Buraxılan hər yeni model bir əvvəlkindən daha yüksək funksiyalar təklif edir və geniş imkanlar yaradır. Buna görə də yeni modellərin qiyməti daha yüksək olur. Həmin modellər isə demək olar ki, hər il yenisi ilə əvəz olunur.
Telefonların qiyməti funksionallığı və isifadəçiyə verdiyi imkanlardan asılı olaraq dəyişir. Buna görə də telefon satışı olduqca çətin prosesdir. Burada ilk öncə müştərinin ehtiyacı olan məhsulu tapmaq tələb olunur. Bəzi müştərilər ehtiyacı olan telefonlar haqqında ətraflı məlumatlı olsalar da, bəziləri üçün bu proses olduqca çətindir.Ehtiyacınız olan telefon modelini müəyyənləşdirmək üçün aşağıdakı suallara cavab tapmalısınız:
- Telefondan daha çox hansı məqsəd üçün istifadə edəcəksiniz? İş, əyləncə, yoxsa yalnız əlaqə vasitəsi kimi? Bunlardan hansı sizin üçün daha vacibdir?
- Telefon üçün nə qədər büdcə ayırmısınız? İstədiyiniz telefon modeli bir qədər yüksək qiymətə olarsa, büdcəni artırmaq imkanınız varmı?
- Sizin üçün ideal ekran ölçüsü nə qədər olmalıdır? Ümumiyyətlə ekran ölçüsü sizin üçün əhəmiyyətlidirmi?
- Telefonun kamerasından nə qədər istifadə edəcəksiniz? Foto və video çəkiliş üçün telefondan istifadə edəcəksinizmi?
- Telefonun yaddaş tutumluluğu nə qədər olmalıdır? Əgər böyük həcmli fayllarla işləyəcəksinizsə, yüksək RAM sizin üçün xüsusi əhəmiyyət kəsb edir.
- Telefonu tez-tez şarj etmək sizi yorurmu? Batareya gücünün yüksək olması sizin üçün çox vacibdir?
- Xüsusi brend seçiminiz mövcuddur? Funksionallığa görə, yoxsa brendə görə məhsul seçmək istəyirsiniz?
- Modelin istehsal ilinin yeni və ya köhnə olmasının fərqi var? Siz yeni cihazları kəşf etməyi sevirsiniz, yoxsa sadəcə işlərinizi həll edəcək telefon axtarışındasınız?
Bütün bu suallar alıcının istəyini və onun tələblərini müəyyən edir. Sualları cavablandırdıqdan sonra Smartfonlar - Mobil telefonlar bölməsindən tələblərə uyğun cihazı tapmaq sizin üçün daha asan olur.