Vau.az onlayn mağazasında hansı brendlərin istehsalı olan kondisionerlər satılır?
Onlayn mağazamızda tanınmı brendlər tərəfindən istehsal edilən kondisionerlər satılır. Samsung, LG, Timberk, HAIER, Panasonic, Mitsubishi kimi iri şirkətlərə məxsus kondisioner modellərini mağazamızdan əldə edə bilərsiniz.
Saytımızdan məhsul sifariş etməyin 2 üsulu var:
1. Qeydiyyatdan keçib şəxsi kabinetinizi yaradırsınız. Daha sonra bəyəndiyiniz məhsulu səbətə əlavə edib, sifariş et düyməsini sıxırsınız. Qeyd etdiyiniz ünvana sifarişiniz çatdırılır.
2. Sosial media kanalları üzərindən və ya telefonla əlaqə saxlayaraq sifarişinizi bildirirsiniz. Bu zaman bizim əməkdaşlar tərəfindən sifariş qeydə alınır və ünvanınıza çatdırılır.
Məhsul alışı zamanı 3 fərqli ödəmə imkanı təklif edirik: nağd, hissə-hissə və kreditlə.
Vau.az onlayn mağazasında kondisioner qiymətləri böyük aralıqda dəyişir. Bunun səbəbi fərqli brendlərə məxsus geniş çeşiddə məhsul təklifinin olmasıdır. Vau.az saytında kondisioner bölməsinə daxil olaraq qiymətlər ilə ətraflı şəkildə tanış ola bilərsiniz. Onlayn mağazamızda hər büdcəyə uyğun kondisionerlər satılır. Axtardığınız modeli daha asan tapmaq üçün filtlərdən istifadə edə bilərsiniz. Məsələn, kondisioner qiymətləri filtri ilə siz axtardığınız büdcəyə uyğun kondisioner modellərini bir toxunuşla görə bilərsiniz.
Kondisioner necə təmizlənməlidir?
Evin birbaşa havasına təsir edən bu cihaza nə qədər düzgün qulluq edilərsə, bir o qədər sağlam nəfəs almaq mümkündür. Kondisionerin təmizliyini periodik olaraq nəzarətdə saxlamaq mütləqdir. Onun bəzi hissələrini özünüz təmizləyə, texniki baxımdan həssas detallarını təmizləmək üçün isə mütəxəssislərə müraciət edə bilərsiniz. Kondisionerdə təmizlənməsi vacib olan hissələrdən biri filtrlərdir. Filtrləri özünüz təmizləyə bilərsiniz. Bu zaman diqqət edilməli olan məqamlar aşağıdakılardır:
- Filtrləri axar suyun altında yuyun.
- Vakuum təmizliyi üçün tozsorandan istifadə edin.
- Filtrlər isti su ilə təmizləyirsinizsə, suyun temperaturunun 50 dərəcədən çox olmamasına diqqət edin.
- Hava filtrlərini yuyarkən fırçalamayın.
- Yuduğunuz filtrləri günəşdə qurutmayın.
- Hava filtrlərini asaraq qurutmağa çalışmayın.
- Kondisionerləri filtrsiz işə salmayın.
Hava filtri bütün kondisionerlərin ön panellərində yerləşir. Paneldəki yuvaya yerləşdirilmiş filtrlər kondisionerlərin strukturlarına görə asan quraşdırılan xüsusiyyətə malikdir. Əsasən yuyula bilən süngər filtrləri təmizlədikdən sonra eyni şəkildə yerləşdirə bilərsiniz. Kondisionerin hava filtrini bu yolla 15 gündən bir təmizləməyə diqqət edin. Əks halda toz və kir toplamış filtrlər havanın ideal dövriyyəsinə mane olacaq. Beləliklə, siz kondisionerdən gözlədiyiniz performansı ala bilməzsiniz. Həmçinin nəfəs aldığınız hava kifayət qədər təravətli olmaz.
Fərqli kondisioner modellərində ion texnologiyaları və qabaqcıl filtrləmə xüsusiyyətləri var. İon texnologiyaları və qabaqcıl filtrləmə xüsusiyyətlərinə malik kondisionerlər xəstəlik yaradan bakteriya, mikrob və virusları aradan qaldırır. Kondisioner modelləri nəm alma, özünü təmizləmə, isitmə və soyutma kimi xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər modeldən modelə fərqlənir. Vau.az onlayn mağazasında qeyd olunan xüsusiyyətlərə malik kondisionerlər satılır. Quruluş baxımından kondisionerlər inverter və portativ olmaqla iki fərqli model təklif edir. İnverter kondisioner və portativ kondisioner modelləri fərqli xüsusiyyətlərə malikdir. İnverter kondisioner modelləri istifadə olunduğu mühiti daha sağlam hava ilə təmin edir. Çox səssiz işləmə xüsusiyyətlərinə malikdir. Böyük otaqlar üçün ən ideal kondisioner modelləri arasındadır. Hava keyfiyyətini yaxşılaşdırmağa kömək edir və yüksək performans göstərir. Portativ kondisionerlər ümumiyyətlə kiçik strukturlara malikdir. Bu strukturlar sayəsində istifadəçilərə asan daşınma imkanı təqdim edir. Portativ kondisionerlər geniş istifadə sahəsinə malikdir. Yay və qış aylarında müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Divara və ya tavana montaj kimi xüsusiyyətləri olmadığı üçün istənilən mühitdə rahatlıqla istifadə edilə bilər. Mağazamızda qeyd olunan bütün xüsusiyyətləri özündə birləşdirən kondisionerlər satılır. Kondisioner satışı ilə maraqlanırsınızsa, üçün Vau.az saytına daxil olaraq hər bir model haqqında ətraflı məlumat əldə edə bilərsiniz.