Kondisioner qiymətləri hansı xüsusiyyətlərə görə dəyişir?
Kondisioner qiymətləri ilə tanış olarkən bir qədər təəccüblənə bilərsiniz. Onların qiymətləri geniş aralıqda dəyişir. Alıcılar çox zaman qiymətin keyfiyyətə təsir etdiyini düşünür və narahat olurlar. Kondisioner qiymətləri məhsulun xüsusiyyətlərinə, əsasən dəyişir. Qiymətə təsir edən müxtəlif amillər mövcuddur.
Həmin amillər aşağıdakılardır:
Kondisioner növləri qiymətə təsir edir.
Kondisioner növləri qiymətə təsir edən ilk amildir. Kondisionerlər aşağıdakı növlərə bölünür: Split (Divar) Kondisioner, Pəncərə Kondisioner, Mobil Kondisioner, Qonaq otağı Kondisioneri, Kaset tipli Kondisioner. Bu növlərin hər biri fərqli xüsusiyyətlərə malik olduğu kimi qiymətləri də müxtəlifdir. Məsələn, pəncərə kondisionerləri divar kondisionerləri ilə müqayisədə daha ucuzdur. Kondisioner almazdan öncə onu harada istifadə edəcəyinizi, otağın ölçüsünü və quruluşunu nəzərə almalısınız. Bu zaman daha rahat düzgün seçim edə bilərsiniz.
Kondisionerin iş qabiliyyəti də qiyməti müəyyən edən amillər sırasındadır.
Yeni istehsaldan çıxmış kondisionerin qiymətini təyin edən ən önəmli amillərdən biri sistemin səmərəliliyidir. Yüksək SEER (Mövsümi Enerji Effektivliyi Nisbəti) reytinqinə malik kondisionerin ilkin qiyməti daha yüksək olacaq. Həmçinin onun aylıq enerji sərfiyyatı da daha az olacaq. Burada xərclər bir-birini kompensasiya edir. Kondisioner alarkən satış təmsilçilərindən SEER seçimlərini izah etmələrini və ona uyğun tövsiyələrini bildirmələrini xahiş edin. Bu sizin işinizi asanlaşdıracaq.
Kondisioner qiymətləri istehsalçının kim olduğundan birbaşa asılıdır.
Kondisioner sistemləri istehsal edən bir çox fərqli şirkət var. Bu şirkətlərin hər biri fərqli qiymət təklifi ilə çıxış edir. Markalar hər bir məhsulun xüsusiyyətlərinə, əsasən qiymət təyin edir. Burada məhsulun zəmanət müddəti və istifadə edilən detalların keyfiyyəti də nəzərə alınmalıdır. Siz istehsalçının təmin etdiyi zəmanətlərə və cihazın etibarlılığına baxmaq istəyə bilərsiniz. Brendləri onlayn araşdırmaq və digər istehlakçıların rəylərini oxumaq sizə məhsul barədə fikir verə bilər.
BTU (British thermal unit) dəyəri də qiymətə təsir edir.
İngilis istilik vahidi (Btu) yanacaq və ya enerji mənbələrinin istilik tərkibinin ölçüsüdür. Bu suyun ən böyük sıxlığına (təxminən 39 F°) malik olan temperaturda bir funt maye suyun temperaturunu 1 F° artırmaq üçün tələb olunan istilik miqdarıdır.
BTU kondisionerlərin soyutma və isitmə qabiliyyətini bildirən dəyərdir. İqlim və ərazinizin ölçüsündən asılı olaraq müxtəlif seçimlər mövcuddur. Siz məkana və istifadə məqsədinə uyğun məhsul seçimi etməlisiniz. Yay ayları çox isti keçirsə və ərazi böyükdürsə, 24000 BTU kondisioner seçə bilərsiniz. Əksinə, soyuq və kiçik ərazilərdə isə 12000 BTU-lu kondisionerə üstünlük verə bilərsiniz. Müxtəlif hesablama alətləri ilə hansı tutumun sizin üçün daha uyğun olduğunu müəyyən edə bilərsiniz.
Kondisioner qiymətləri qeyd olunan amillərə uyğun olaraq dəyişir. Büdcəyə uyğun kondisioner almaq prosesin bir hissəsidir. Növbəti mərhələ düzgün quraşdırmadır. Yanlış quraşdırılmış kondisioner səmərəsizliyə, nasazlıqlara meylli ola və əlavə xidmət tələb edə bilər. Kondisioner şirkəti tərəfindən verilən quraşdırma zəmanətləri ilə tanış olduğunuzdan əmin olmalısınız. Vau.az onlayn mağazasından kondisioner aldığınız zaman şirkət əməkdaşları çatdırılma və quraşdırma prosesini yerinə yetirir. Beləliklə siz əlavə xərcdən və narahatlıqdan azad olursunuz.
Vau.az onlayn mağazasında kondisioner qiymətləri
Vau.az onlayn mağazasında müxtəlif büdcələrə uyğun kondisioner satılır. Kondisionerlər bölməsinə daxil olaraq kondisioner qiymətləri və xüsusiyyətləri ilə tanış ola bilərsiniz. Burada təklif edilən hər bir məhsul orijinaldır və xüsusi zəmanət müddətinə malikdir. Geniş məhsul çeşidi ilə onlayn mağazamızda tanış ola, bəyəndiyiniz modeli sifariş edə bilərsiniz. Məhsullar əməkdaşlarımız tərəfindən qısa müddətdə ünvanınıza çatdırılacaq. Hər hansı sualınız olarsa, onlayn media kanalları üzərində bizə yaza bilərsiniz.